25 Noyabr 2022 02:54
253
CƏMİYYƏT
A- A+

Ermənilər Kəlbəcəri işğal etdilər, amma özlərinki edə bilmədilər

 

Məlum olduğu kimi, 2 il əvvəl noyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq, bir güllə atılmadan Kəlbəcər azad edilmiş və düşmən rayondan çıxmağa məcbur olmuşdur. Kəlbəcərin itkisiz azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin davamı idi.


Kəlbəcərlilərin bugünkü əhval-ruhiyyəsi çox yüksəkdir. Rayona Böyük qayıdış hələ başlamasa da, buna ciddi hazırlıq gedir. İlk növbədə yollar çəkilir, körpülər salınır, digər vacib infrastruktur yaradılır. Ömər aşırımından çəkilən möhtəşəm tunel uzaq yolumuzu yaxın edəcək. 
Bu əlamətdar gündə kəlbəcərlilərin ürək sözlərini dinləmək, sevincini bölüşmək istədik. Tərtərdə məskunlaşmış Tapdıq Qasımov:
-  Ata yurdum Kəlbəcərin Ağdaban kəndidir. Dədə Şəmşirin Vətəni olan bu kəndin yalnız adını çəkmək kifayətdir ki, göz önünə insan şüurunun dərk edə bilmədiyi qanlı faciələr, döyüş səhnələri gəlsin. Ağdaban ermənilərin yaşadığı Çapar kəndi ilə qonşudur. Özümüzü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etsək də, həmin dövr respublika rəhbərliyindən kömək ala bilmədik. 1992-ci il aprel ayının 8-də səhər saat 5-6 radələrində təsadüf nəticəsində bildik ki, kəndimiz üç tərəfdən mühasirəyə  alınıb. Xəbər tutmasaydıq, namərdlər bütün kənd camaatını məhv edəcəkdilər. Bununla belə az faciələr yaşamamışıq. Ağdabanlıların başına gələn müsibətlər dünyaya məlumdur. Böyük qələbəmizlə şəhidlərimizin qisası alınsa da, biz ermənilərin törətdikləri hərəkətlərə görə beynəlxalq hüquq çərçivəsində cavab verəcəklərini gözləyirik. Əminik ki, Zəfər Günü kimi, həmin gün də gerçəkləşəcək. Bütün hallarda şükürlər olsun ki, bu gün "Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır" deyirik. Xoşbəxt insanam ki, artıq o torpaqları qucaqlaya bilmişəm. 2021-ci il yanvarın 9-da rayonumuzdan olan bir neçə ağsaqqalla və Milli Məclisin deputatları ilə birlikdə kəndimizdə olduq. Həyətimizi,  evimizi tapdım, əgər ona ev demək mümkündürsə, ancaq yanmış divarlar qalmışdı. Uşaq vaxtı oynadığım yerlərə ayaq basdım. Unudulmaz hisslər idi... 
Bu yerdə Tapdıq Qasımovun söhbətinə yerlisi Vəsilə Cəmilova qoşulur:
- Mən Bəylik kəndində dünyaya göz açmışam. Xoşbəxt, firavan yaşayırdıq. Ailə qurmuşdum. Həyat yoldaşım Süleymanla halal zəhmətimizlə özümüz üçün lazımi şərait yaratmışdıq. Lakin qonşularımızın xəyanəti nəticəsində 1993-cü ilin martında yurdumuzdan, ocağımızdan didərgin düşdük. Yalnız övladlarımızı götürüb tərk etdik Kəlbəcəri. Beləliklə, 30 ilə yaxın bir müddətdə  ağrı-acılarla yaşadıq, evlərimizi, el-obamızı xəyallarımızda, yuxularımızda gördük. Çoxları, o cümlədən həyat yoldaşım bu dərdə tab gətirməyərək dünyasını dəyişdi. Nəhayət, bütün Azərbaycan xalqı kimi, biz kəlbəcərlilərin də üzü güldü. Müzəffər Ali Baş Komandanımızın, qüdrətli ordumuzun, şəhid və qazilərimizin sayəsində böyük qələbə qazandıq. Mən Kəlbəcəri tərk edəndə 29 yaşım vardı. İndi isə 66-ya çatmışam. 
4 övlad anasıyam, nənəyəm. Doğma yerlərə qayıdacağımız günü səbirsizliklə gözləyirik. Mən didərgin həyatı yaşadım, ancaq övladlarım, nəvələrim dədə-baba torpaqlarında yaşayacaqlar. Bundan böyük xoşbəxtlik olarmı?!

Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video