“Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” filmi erməni işğalı haqqında məlumatları aydın şəkildə nümayiş etdirir
“Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” adlı sənədli film 30 il müddətində Ermənistanın işğalı altında olmuş və Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərdə real vəziyyəti nümayiş etdirir. Film vasitəsi ilə erməni işğalı zamanı törədilmiş zərərin dərəcəsini görürük, işğalla bərabər, ermənilərin bu ərazilərdə tarixi, mədəni və dini rəmzləri, izləri, hətta xristian izini məhv etmək istəyinin şahidi oluruq. Bu ərazilər müxtəlif sivilizasiyaların, xalqların birgə yaşadığı məkan olub. Ancaq ermənilər bu ərazilərdə onlara məxsus olmayan bütün abidələrin izlərini məhv etməyə çalışıblar. Film region haqqında, erməni işğalı dövrü haqqında ətraflı məlumatı aydın şəkildə nümayiş etdirir.
Bu fikirləri Azərbaycan səfirliyinin mədəniyyət mərkəzində “Şuşa İli” çərçivəsində nümayiş etdirilmiş “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” sənədli filminin təqdimatından sonra sabiq fransız deputat, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jerom Lamber AZƏRTAC-a müsahibəsində deyib.
“Ancaq indi sülh bərpa edilib, quruculuq işləri başlayıb. Bərpası mümkün olan bütün abidələr, ümumiyyətlə Qarabağa məxsus izlər bərpa edilməlidir. Cənubi Qafqazın bu multikultural, insanların əsrlər boyu birgə yaşadığı bu ərazilər yenidən qurulmalıdır. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra başladığı quruculuq işlərini davam etdirmək lazımdır”,- deyə J. Lamber söyləyib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zərif biznes
24 Aprel
Avtomobildən noutbukacan
24 Aprel
Fransa delimitasiyanın başlanmasını niyə təqdir etmir?
24 Aprel
Şanlı qələbə silsiləsində yeni mərhələ
24 Aprel
Qazaxın 4 kəndinin azad olunması yeni reallıqların məntiqi davamıdır
24 Aprel
"Həmin çətin illərdə belə bir tikinti sahəsinə rəhbərlik etmək böyük hünər idi"
24 Aprel
Əməkdaşlıq üçün yeni perspektivlər var
24 Aprel
Möhkəm təmələ əsaslanan müttəfiqlik
24 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təs...
24 Aprel
“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqınd...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!