Energetika naziri Almatıda Azərbaycanın türk dövlətlərinin enerji vasitəsilə inteqrasiyasına töhfələrindən danışıb
Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin ikinci iclasında iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir çıxışında TDT-ni müasir geosiyasi və enerji təhlükəsizliyi reallıqlarında strateji əhəmiyyəti artan effektiv əməkdaşlıq platforması kimi qiymətləndirib. Türk dövlətləri liderlərinin son dövrlərdə intensivləşən qarşılıqlı səfərlərinin, ölkələrimiz arasında münasibətlərin dərinləşməsini, müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edən qərarlarının türk birliyinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib. Xüsusən də, Azərbaycan Prezidenti İlham Əliyevin strateji təşəbbüsləri və Vətən müharibəsindəki qələbəmizin uzun illərdən sonra türk dünyasının Zəngəzur dəhlizi vasitəsilə coğrafi birliyi üçün imkan yaratdığı vurğulanıb.
Hazırda TDT üzvləri ilə ticarət dövriyyəmizin 4,6 milyard dolları ötdüyü, bu ölkələrin iqtisadiyyatımıza 13,8 milyard dollar, Azərbaycanın isə üzv dövlətlərə 21,3 milyard dollar investisiya qoyduğu bildirilib.
TDT enerji nazirlərinin ilk görüşündən ötən dövr ərzində Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması, Türkmənistanla təbii qaz mübadiləsinə başlanması, “Dostluq” yatağı üzrə işbirliyi, Özbəkistanla 30 istiqaməti əhatə edən yol xəritəsinin imzalanması, Qazaxıstanla enerji tərəfdaşlığının genişləndirilməsi planları ilə Azərbaycanın türk dövlətləri arasında enerji əməkdaşlığına töhfə verdiyi qeyd edilib. Elektrik enerjisinin Türkiyə üzərindən Zəngəzur dəhlizi və Macarıstanın da qoşulacağı Qara dəniz sualtı elektrik xətti ilə nəqlinin isə türk dövlətlərinin enerji birliyini, həmçinin Avropa ilə inteqrasiyasını təmin edəcəyi bildirilib. Bu xüsusda, BTC və Cənub Qaz Dəhlizinin perspektivləri diqqətə çatdırılıb: “TANAP və TAP-ın şaxələndirilmiş və dayanıqlı enerji təchizatındakı rolu Aİ-nin Azərbaycanla strateji enerji tərəfdaşlığının yenilənməsini və 2027-ci ilədək Avropaya ixracın 20 milyard kubmetrə çatdırılmasını zəruri edib. Cənub Qaz Dəhlizinin genişləndirilməsi təkcə Azərbaycan və Türkiyənin geniş coğrafiyada enerji təhlükəsizliyinin təminatındakı mövqelərini möhkəmləndirmir, qardaş ölkələrin də yeni bazarlara çıxışına imkanlar yaradır”.
Bildirilib ki, ötən ildən indiyə kimi TANAP və TAP ilə Türkiyə 9,6 milyard kubmetr, Avropa isə 16 milyard kubmetrdən çox təbii qazla təchiz edilib. Həmçinin Qarabağ bölgəsinin “Yaşıl enerji” zonasına çevrilməsində türk dövlətlərinin iştirakının, bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində aktiv əməkdaşlığın vacibliyi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanın türk dövlətləri ilə enerjidəki bu yeni addımları və müasir enerji kursu “Türk dünyası baxışı - 2040” sənədində enerji ilə bağlı hədəflərin gerçəkləşməsinə töhfə olacaq.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi dövlətlərdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!