25 Noyabr 2022 02:59
252
CƏMİYYƏT
A- A+

Ənənəvi medianın rəqəmsallaşdırılmasına dəstək

 

Noyabrın 24-də "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı tədbir keçirilib. 
Təqdimat mərasimini giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib ki, dövlət yazılı medianın inkişafına hər zaman dəstək göstərir. "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platforması bu dəstəklərdən biridir. Müasirlik, yenilik günün tələbidir və buna uyğunlaşmaq lazımdır.
MEDİA-nın rəhbəri qeyd edib ki, "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platforması qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar, müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb.
Əhməd İsmayılov qəzet saytlarının yenidən qurulması prosesinin artıq başa çatdığını vurğulayıb. Diqqətə çatdırıb ki, media subyektlərinin iqtisadi cəhətdən gücləndirilməsi MEDİA-nın başlıca məqsədlərindəndir. O deyib ki, 
"E-köşk" platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov çıxışında bildirib ki, "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platforması müasir tələblərə cavab verə biləcək bir platformadır. O, Prezident İlham Əliyevin media sahəsində islahatlarla bağlı verdiyi fərmandan ötən iki il ərzində bu sahədə xeyli dəyişikliklər baş verdiyini, o cümlədən "Media haqqında" qanunun qəbul edildiyini bildirib.
Çap mediasının üzləşdiyi problemlərə diqqətçəkən Prezident Administrasiyasının məsul əməkdaşı son bir il ərzində ölkədə bu sahədə müsbət işlər görüldüyünü də diqqətə çatdırıb.
Kamran Həsənov media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olaraq çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Sonra "Rəqəmsal dövrdə ənənəvi çap mediası: Müasir oxu vərdişləri və transformasiya perspektivləri" mövzusunda panel sessiya keçirilib.
Sessiyaya moderatorluq edən Milli Məclisin deputatı, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova bildirib ki, "E-köşk" platforması cəmiyyətdə oxu vərdişlərinin inkişaf etdirilməsinə, ənənəvi medianın rəqəmsallaşdırılmasına dəstək göstərəcəkdir.
Mətbuat Şurasının sədri Rəşad Məcid bu platformanın çap mediası subyektlərinin iqtisadi dayanıqlılığının artırılması, ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması istiqamətində innovativ addım olduğunu qeyd edib. Bildirilib ki, qəzetlər daha çox analitik və araşdırma yazılara yer ayırmalıdırlar. Çünki reallıq bunu tələb edir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video