19 Sentyabr 2022 17:44
597
Səhiyyə
A- A+

Əncir ürək-damar sistemini möhkəmləndirir

 

Müxtəlif vitamin və mikroelementlərlə zəngin olan əncirin qəbulu ürək-damar pozuntularının profilaktikası ilə bağlıdır. Əncir, xüsusən də daha kalorili olmasına baxmayaraq, qurudulmuş halda bir çox baxımdan sağlamlıq üçün faydalıdır.

Ənciri qurudulmuş halda yedikdə onun tərkibində olan müxtəlif vitamin və mikroelementlərin, şəkər və kalorinin qatılığı təqribən 5 dəfə artır.

AZƏRTAC bu barədə tibb saytlarına istinadən xəbər verir.

Əncirin tərkibində olan yüksək miqdarda mis həyati əhəmiyyətli proseslərdə, o cümlədən metabolizmin normallaşdırılmasında, eritrositlərin və neyroeritrositlərin əmələ gəlməsində mühüm rol oynayır. Bununla yanaşı, əncir zülalların parçalanmasında, əsəb sisteminin və koqnitiv funksiyaların möhkəmlənməsində, erkən qocalmanın qarşısının alınmasında böyük rol oynayan B6 vitamini ilə zəngindir. Tədqiqatın müəllifləri hesab edirlər ki, əncirdən müntəzəm istifadə etməklə ürək-damar sistemini möhkəmlətmək mümkündür.

Müəyyən edilib ki, əncirdən istifadə arteriyaların boşluğunu dolduran və ürəyin işemik xəstəliyi, infarkt riskini artıran aşağı sıxlıqlı “pis” lipoprotein-xolesterininin miqdarının azaldılmasına kömək olur. Bu meyvə damar divarlarını yaxşılaşdıran K vitamini ilə zəngin olduğundan, həm də tromblardan müdafiə edir.

Bununla bərabər, mütəxəssislər əncirdən rasionda ehtiyatla istifadə etməyi məsləhət görürlər. Belə ki, əncirin tərkibində təbii şəkərin yüksək qatılığı səbəbindən o, təkcə qanda qlükozanın enib-qalxmasına deyil, həm də allergiyaya səbəb ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video