20 Avqust 2022 01:15
457
Elm və texnika
A- A+

Ən qədim çimərlik

 

İsti yay günlərinin əvəzedilməz seçimi olan çimərlikləri hazırda dünyanın bir çox yerlərində asanlıqla tapmaq olur. Lakin bir zamanlar dünyada yalnız bir ictimai çimərlik mövcud idi - "Revere". Bu, ən qədim çimərlik hesab edilir. 
"Revere" çimərliyi ABŞ-ın Massaçusets ştatının Revere şəhərində, Bostondan təxminən 8 kilometrlik məsafədə yerləşən ictimai məkandır. Çimərliyin uzunluğu 5 kilometrdir. 1875-ci ildə buraya dəmir yolu xəttinin çəkilməsi çimərliyin yay istirahət zonası kimi məşhurlaşmasına səbəb olub. Çimərliyə maraq o qədər böyük olub ki, 1896-cı ildə açılış günündə təxminən 45 min insan iştirak edib. 
 İctimaiyyət tərəfindən ən yaxşı şəkildə istifadə olunması üçün "Revere Beach"in dizaynı Çarlz Eliotna həvalə edilib. Çimərlik salınan zaman sahili boyunca 100-dən çox tikili sökülüb. Daha sonra dizayna uyğun olaraq ətraf ərazilərdə əzəmətli pavilyonlar və stendlər yerləşdirilib. Tunel keçidləri isə soyunub-geyinmə otaqlarına rahat gediş-gəliş üçün inşa edilib. Həmçinin okeanın sahilində salınan böyük bulvarda karusellər, kinoteatrlar, kafe və restoranlar, bir sözlə, istirahət üçün hər şey düzəldilib.
Lakin "Revere" çimərliyi XX əsrin ortalarından sonra nüfuzunu itirməyə başlayıb və 1978-ci ildə baş verən dəhşətli çovğun pavilyonları, səkiləri, attraksionları dağıdaraq çimərliyin böyük bir hissəsini yuyub aparıb. 1992-ci ildə yenidən bərpa edilərək insanların istifadəsinə verilən çimərlik hələ də öz populyarlığını qoruyub saxlayır. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video