27 May 2022 03:31
218
İQTİSADİYYAT

Əmək bazarında görüləcək işlər müzakirə olunub

 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunun üzvləri olan dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və biznes strukturlarının nümayəndələri iştirak edib.

Ölkəmizdə əmək bazarının inkişafına, aktiv məşğulluq proqramlarının genişləndirilməsinə  yönələn ardıcıl islahatların aparıldığı vurğulanıb. Bu islahatların əsas beynəlxalq indekslərdə Azərbaycanın əmək bazarı üzrə göstəricilərlə bağlı mövqeyinə də müsbət təsiri qeyd edilib. İşçi qrupun builki fəaliyyət planında 8 hesabat üzrə 16 indikator və müvafiq olaraq 51 tədbirin müəyyən edildiyi  bildirilib. Plan üzrə işlərin vaxtlı-vaxtında və işçi qrupu daxilində qurumların səmərəli əməkdaşlığı şəraitində hədəflər üzrə davam etdirildiyi diqqətə çatdırılıb.

Dünya Bankı qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "İşçi qüvvəsi" indikatoru üzrə ölkəmizin mövqeyinin yüksəldilməsi məqsədilə hazırlanmış diaqnostika matrisasının müzakirəsi aparılıb və icra edilməsi istiqamətində alt işçi qrupunun yaradılması qərara alınıb.

İclasda 2022-ci il üzrə təsdiq olunmuş fəaliyyət planına daxil olan tədbirlər, onların icrası sahəsində görülmüş işlər qeyd olunub, plan üzrə görüləcək işlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video