07 Dekabr 2022 19:19
506
Elm və texnika
A- A+

Elmi konfrans: Heydər Əliyev və müstəqil Azərbaycan

Dekabrın 7-də AMEA-nın Rəyasət Heyətində Ümummilli Liderin anım gününə həsr olunan “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib. Konfransdan öncə ulu öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasındakı büstü önünə tər güllər düzülüb.

AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Müstəqillik yollarında: Heydər Əliyevdən - İlham Əliyevə” mövzusunda çıxış edib. Akademik qeyd edib ki, adı və xidmətləri Azərbaycanın yarım əsrlik tarixi ilə üzvi surətdə bağlı olan ulu öndər Heydər Əliyev bütün həyatı boyu daim dövlətini, xalqını düşünüb, ölkəmizin çiçəklənməsi və dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi istiqamətində tarixi addımlar atıb. Ümummilli Lider hələ 1967-ci ildə kommunist ideologiyasının sərt dövrlərində, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışarkən milli təfəkkürlü, azərbaycançılıq ideologiyasına bağlı olan kadrları qoruyub saxlayıb və xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlayıb.

Tədbirdə Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz qarşısında mühüm xidmətlərindən söz açılıb. Vurğulanıb ki, zəngin idarəetmə təcrübəsinə sahib olan Ulu Öndər qısa müddətdə müstəqil Azərbaycanın inkişafı naminə mühüm addımlar atıb, tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi” imzalanıb, hərbi, iqtisadi, siyasi, elmi, ədəbi, mədəni sahələrdə bir çox layihələr həyata keçirilib. Heydər Əliyevin əsasını qoyduğu ideya və strategiyalar, layihələr, dövlət proqramları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və çağırışlarından irəli gələrək zənginləşdirilib və həyata keçirilib. Məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın nüfuzlu və inkişaf etmiş dövlətlərindən birinə çevrilib.

Konfransda AMEA-nın müşavirləri akademiklər Yaqub Mahmudov “Heydər Əliyevin Azərbaycançılıq konsepsiyası və müasir dövr”, Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan dili”, Adil Qəribov “Heydər Əliyev və Azərbaycan elmi” və Qərib Məmmədov “Heydər Əliyev və Azərbaycanda aqrar islahatlar” mövzusunda məruzələrlə çıxış ediblər. Çıxış edənlər Ümummilli Liderin azərbaycançılıq ideologiyasının birləşdirici gücündən, dahi liderin Azərbaycanın tarixi şəxsiyyətlərinin irsinin, eləcə də milli kadrların yetişdirilməsi və qorunması sahəsindəki xidmətlərindən, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, zənginləşməsi və qorunması istiqamətindəki fərman və sərəncamlarından, Azərbaycan elminə və ziyalısına göstərdiyi diqqət və qayğıdan, eləcə də ölkəmizdə aqrar sahənin inkişafında həyata keçirdiyi addımlardan danışıblar.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video