"Əl Ərəbiyə": ABŞ Yaxın Şərqdə ən pis ssenariyə hazırlıq görür
Vaşinqton genişmiqyaslı müharibə astanasında olan Yaxın Şərqdə ən pis ssenariyə hazırlıq görür. AZƏRTAC "Əl Ərəbiyə" telekanalına istinadla xəbər verir ki, ABŞ rəsmisi jurnalistlərə müsahibəsində bölgədə Birləşmiş Ştatların ən azı 12 döyüş gəmisinin, o cümlədən "Theodore Roosevelt" təyyarədaşıyan gəmisinin və 4 mindən çox dəniz piyadasının olduğunu bildirib. "The Washington Post" nəşri də bu məlumatı təsdiq edib.
"Hizbullah" və HƏMAS-ın yüksəkrütbəli şəxslərinin Beyrutda və Tehranda ard-arda öldürülməsi fonunda İran və onun tərəfdaşlarının cavab əməliyyatları riskini artırıb.
ABŞ rəsmisi deyib: "Biz bütün ssenarilərə, amerikalıların regiondan potensial təxliyəsinə və ya Körfəz ölkələrindəki hərbi bazalarımıza qarşı hücumlara hazırlaşırıq".
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan qısa müddət sonra Pentaqon Yaxın Şərqə bir neçə döyüş gəmisi və digər hərbi obyektlərin göndərilməsi barədə göstəriş verib. ABŞ rəsmiləri bildiriblər ki, əsas səbəb İran və ya onun dəstəklədiyi digər qrupları ikinci cəbhə açmaqdan çəkindirmək olub.
Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Pol Salem "Hizbullah" və İranın mütləq qisas alacağını proqnozlaşdır. O qeyd edir ki, bu proseslər avtomatik olaraq böyük eskalasiya ilə nəticələnəcək".
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi isə bildirib ki, sui-qəsdlər bölgədə gərginliyin azaldılmasına kömək etmir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqq...
11 Sentyabr
Azərbaycan Rəssamlıq Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında...
11 Sentyabr
Azərbaycan Texnologiya Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında...
11 Sentyabr
Azərbaycan Respublikasının “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, ...
11 Sentyabr
Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb
10 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!