Ədalətli oyunlar sahəsində fərqlənən şəxslərə mükafatlar təqdim edilib
Mayın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası 2021-ci ilin yekunlarına əsasən, ədalətli oyunlar sahəsində fərqlənənlərə və "Ədalətli oyun ruhu" mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edib.
AZƏRTAC xəbər verir ki, MOK-un inzibati binasında keçirilən tədbirə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, baş katibi Azər Əliyev, sabiq baş katib Ağacan Abiyev, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və müxtəlif idman federasiyalarının nümayəndələri qatılıblar.
MOK-un vitse-prezidenti Ç.Hüseynzadə son iki ildə pandemiya ilə əlaqədar çətinliklərlə üzləşdiklərini vurğulayaraq deyib: "Bu mükafatlandırmanı hər il keçirirdik. Bu, bizim üçün əlamətdar gündür. 2021-ci ildə bunu gerçəkləşdirə bilmədik. Ötən il MOK-da hesabat-seçki konfransı oldu. Seçkilər zamanı komitənin rəhbər heyətinə yeni şəxslər seçildi. Həmin tədbirdə qərara gəldik ki, sabiq vitse-prezident Xəzər İsayev və sabiq baş katib Ağacan Abiyev komissiyada qalsınlar".
Ədalətli Oyunlar Komissiyasının sədri X.İsayev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, fotomüsabiqəyə 170-dən artıq fotonun göndərildiyini diqqətə çatdırıb.
Sonra qaliblərə mükafatların təqdimatı mərasimi keçirilib. Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyasında mükafat MOK-un baş katibi Azər Əliyevə təqdim olunub. Ədalətli oyun prinsiplərinə sadiq hakim nominasiyasında Asif Şirəliyev (güləş), ədalətli oyun prinsiplərinə sadiq məşqçi nominasiyasında isə Radiq Hüseynov (güləş) fərqləniblər. Ədalətli oyun prinsiplərinə sadiq idmançı mükafatı karateçi Rafael Ağayevə verilib.
"İdman TV" və "Olimpiyası dünyası" qəzeti də mükafata layiq görülüb. Daha sonra "Ədalətli oyun ruhu" mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Belə ki, Zaur Mustafayev ("Trend" informasiya agentliyi) birinci, Azər Əlizadə ("Olimpiya dünyası" qəzeti) ikinci, Dilavər Nəcəfov (Gənclər və İdman Nazirliyi) isə üçüncü olublar. Sonda xatirə şəkli çəkdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq ...
20 Aprel
Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
20 Aprel
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
20 Aprel
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib
20 Aprel
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
20 Aprel
DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməy...
20 Aprel
Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
20 Aprel
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!