Dünyanın ən vahiməli muzeyləri
Dünyanın bir-birindən fərqli muzeylərini görmək, eksponatları seyr etmək insanlar üçün ən maraqlı əyləncələrdən biridir. Bəzi insanlar isə həmin sənət əsərlərini bir dəfə görmək üçün böyük vəsait xərcləməyə razıdırlar.
AZƏRTAC oxuculara dünyanın ən qorxunc və eyni zamanda qeyri-adi muzeylərini təqdim edir.
Siriraj Tibb Muzeyi-Tailand
Taylandın paytaxtı Banqkokda yerləşən bu muzey ölüm muzeyi adlanır. Tibb mütəxəssisləri və tələbələr üçün dəyərli bir qaynaq olan bu muzey əslində 7 kiçik muzeyin birləşməsidir. Muzeylərdə həm təbii, həm də qeyri-təbii ölümlərə aid tibbi eksponatlar var. Bu muzeydə xəstəliklərin bədənə necə təsir etməsindən, orqanlara təsirindən, qatillərin və mumiyalanmış insanların eksponatlarından tutmuş hər şeyi tapmaq mümkündür.
Dupuytren Muzeyi-Fransa
Fransada yerləşən bu qeyri-adi muzey tibb sahəsinə aid eksponatlar ilə tanınır. Dupuytren Muzeyi 1935-ci ildə istifadəyə verilib. Tanınmış muzeyin banisi isə məşhur cərrah olub. Qeyd edək ki, muzeydə bankaların içərisində siam əkizlərinin və insan bədəninin deformasiyaya uğramış hissələri ziyarətçilərin diqqətinə səbəb olub. Burada təxminən 6 mindən çox eksponata rast gəlmək olar.
Glore Psixiatriya Muzeyi-ABŞ
ABŞ-ın Missuri ştatında yerləşən bu muzey pis aurası və enerjisi ilə bütün dünyaya səs salıb. 1874-cü ildə dövlət xəstəxanası kimi istifadə olunan bu yer artıq 1967-ci ildə muzey kimi xidmət etməyə başlayıb. Bu muzeyi qorxulu edən şey, tarix boyu əqli xəstələrə tətbiq olunan metodların burada göstərilməsidir. Bundan əlavə, muzeydə orta əsrlərə aid psixi xəstələr və həkimlər arasında olan dialoqlar da mövcuddur.
Orta əsr İşgəncələr Muzeyi - ABŞ
ABŞ-ın Florida ştatında yerləşən bu orta əsr işgəncə muzeyi orta əsrlərdə işgəncə üçün istifadə olunan alətləri nümayiş etdirən bir muzeydir. Çox maraqlıdır ki, son dərəcə qorxunc olan muzeydə bəzi işgəncələri aktyorlar və heykəllər canlandırır. Bundan əlavə, muzeydə işgəncə cihazlarından istifadə qaydaları da mövcuddur.
Mütter Tibb Muzeyi-ABŞ
Filadelfiyada yerləşən bu muzeydə qəribə tibbi nümunələr mövcuddur. Muzeydə, həmçinin 140 kəllədən ibarət bir divar, siam əkizlərinin birləşmiş qaraciyəri və alnında buynuzu olan bir qadının mum heykəli də var.
Mequra-Parazitalogiya Muzeyi-Yaponiya
1953-cü ildə açılan bu muzeydə insanların diqqətinə 45 min fərqlı parazitlərin qurumuş eksponatlari təqdim olunur. İyrənc böcəklər, tırtıllar və vahiməli cücülərdən ibarət bu kolleksiya bir çoxlarının marağına səbəb olub.
“El Museo De Las Momias”-Meksika
Çox maraqlı və qorxulu olan “El Museo De Las Momias” muzeyinin maraqlı yaranma tarixçəsi var. 1833-cü ildə Meksikada vəba epidemiyasından ölən insanların mumiyalanmış cəsədləri 1865-ci ildə aşkar ediləndə onların yaxınlarından dəfn üçün vergi ödəmələri tələb edildi. Ancaq ölən insanların ailələrinin çoxu bu vergini ödəyə bilmədi. Vergisi ödənməyən mumiyalar bir binada saxlanılırdı. Şayiələrə görə binanın işçiləri mumiyaları görmək istəyənlərdən pul tələb ediblər. 1900-cü illərdə mumiyalar turistləri cəlb etməyə başladı. Beləliklə, 1969-cu ildə bu yer mumiya muzeyinə çevrilərək bütün dünyaya tanındı.
Lombroso Cinayət Antropoloji Muzeyi-İtaliya
İtaliyanın Turin şəhərində yerləşən bu muzey məşhur İtalyan Kriminologiya Məktəbinin qurucusu Cesare Lombrosonun adını daşıyır. Muzey 1898-ci ildə açılıb. Burada 400 müxtəlif kəllə sümükləri mövcuddur. Lombroso inanırdı ki, bir insanın törətdiyi cinayətlər həmin şəxsin kəlləsinin ölçüsü və forması ilə əlaqəli ola bilər. Bu səbəbdən, kəllə sümüklərinə marağı olduğu üçün onları toplamağa başladı. Lombrosonun araşdırmasında istifadə etdiyi əşyalar, o dövrdə edilən cinayətlərin sənədləri, şəkilləri və qətl üçün istifadə olunan silahlarıdır. Muzeydə ən maraqlı əsər isə Lombrosonun öz kəlləsidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək
23 Aprel
Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq...
23 Aprel
AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib...
23 Aprel
Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşd...
23 Aprel
Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib...
23 Aprel
Stoltenberq Donald Tusk və Rişi Sunakla görüşəcək - Varşavada
23 Aprel
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lis...
23 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı...
23 Aprel
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilk qonaqlarını qəbul edib
23 Aprel
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yan...
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!