19 May 2022 12:01
475
Səhiyyə
A- A+

Dünyada koronavirusa yoluxanların sayı 520 milyonu keçib  

 

Dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 520 milyonu, ölüm hallarının sayı isə 6,27 milyonu ötüb. Bunu AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülleteninə istinadla xəbər verir.

Gün ərzində yoluxma hallarının sayında 606.079, ölüm hallarının sayında isə 1.542 artım qeydə alınıb.

ÜST-nin koronavirusa yoluxanlar və ölənlər haqqında statistikası yalnız dövlətlər tərəfindən rəsmi təsdiqlənmiş məlumatlara əsaslanır. Yoluxma hallarında 500 milyonluq hədd aprelin 14-də, 400 milyonluq hədd - fevralın 10-da, 300 milyonluq hədd - yanvarın 8-də, 200 milyonluq hədd isə ötən il avqustun 5-də qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının ÜST-yə daxil olan ən çox sayı (81.824.843) ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (43.127.199), Braziliya (30.701.900), Fransa (28.372.414) və Almaniya (25.890.456) yer alıblar. Ən çox ölüm halları da ABŞ-da da qeydə alınıb – 992.667, ikinci yerdə Braziliya (664.987), üçüncü yerdə isə Hindistan (524.293) qərarlaşıb. Daha sonra Rusiya (377.975) və Meksika (324.617) yer alıblar.

Epidemioloji bülletendə qeyd olunur ki, mayın 9-dan 15-dək olan həftə ərzində dünyada koronavirusa 3 milyon 699 min 960 yoluxma halı, 9 min 806 ölüm halı aşkar olunub. Yoluxma halları əvvəlki 7 günlə müqayisədə 1 faiz artıb, ölüm nisbəti isə 21 faiz azalıb. Yoluxma hallarında ən böyük artım (63 faiz) Şərqi Aralıq dənizi bölgəsində qeydə alınıb, ölüm hallarının sayı isə Afrikada əhəmiyyətli dərəcədə (48 faiz) artıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video