27 Yanvar 2023 22:45
376
SİYASƏT
A- A+

Dünya ölkələri İranda Azərbaycan səfirliyinə terror hücumunu pisləyən bəyanatlar yayıblar

 

Dünya ölkələrinin xarici siyasət qurumları və rəsmi şəxsləri Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını pisləyən bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri etiraz bəyanatları səsləndiriblər. Hadisəyə dərhal reaksiya verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xain hücumu pisləyərək Azərbaycanın heç zaman tək olmadığı mesajını verib: “Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara tezliklə şəfa tapmalarını diləyirəm. Azərbaycan heç zaman tək deyil. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Bundan əlavə, Mövlud Çavuşoğlu nazir Ceyhun Bayramova zəng edərək hadisəni müzakirə edib və bu hücumu bir daha qətiyyətlə qınayıb.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko diplomatik nümayəndəliklərə hücumları qəbuledilməz olduğunu bildirib və Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərlərin onu dəhşətə gətirdiyini yazıb.

Eynilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bu silahlı hücumdan şoka düşdüklərini qeyd edib. “Azərbaycan səfirliyinə növbəti hücum və mühafizə əməkdaşının qətlə yetirilməsi bizi şoka saldı. Azərbaycanlı həmkarlarımıza başsağlığı verir və onlara dəstəyimizi ifadə edirik”, - deyə Zaxarova vurğulayıb.

Türkiyə, Rusiya, Belarus, İsrail, Ukrayna, Gürcüstan, Səudiyyə Ərəbistanı, Slovakiya, Birləşmiş Ərəb Əmirlikləri, Moldova, Estoniya, Niderland, Misir, Özbəkistan, Şimali Kipr, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin Xarici İşlər nazirlikləri və rəsmi şəxsləri də diplomatik nümayəndəliyə silahlı hücumu pisləyən açıqlamalarla çıxış ediblər.

Bundan başqa, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri də ölkəmizlə həmrəylik nümayiş etdirərək, həlak olan vətəndaşımızın ailəsinə başsağlığı veriblər. ABŞ, Əfqanıstan, İtaliya, İsrail, Belarus, İraq, Xorvatiya, Yaponiya, Polşa, Rusiya, Litva, Fələstin, Argentina, Mərakeş, Fransa, Böyük Britaniya səfirlikləri bu terror aktını beynəlxalq hüquq üçün təhdid adlandırıblar.

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, həmçinin GUAM və Türk Dövlətləri Təşkilatı diplomatik missiyaya qarşı bu cinayəti qəti şəkildə qınadıqlarını açıqlayıblar.

Qeyd edək ki, yanvarın 27-də saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki əməkdaşı yaralanıb. Terror aktını törədən şəxs səfirliyin mühafizə əməkdaşı tərəfindən zərərsizləşdirilib və o, İran polisi tərəfindən həbs olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video