20 Yanvar 2022 12:26
401
SİYASƏT
A- A+

Dubay mətbuatında 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib

 

Azərbaycanın Dubaydakı baş konsulluğunun dəstəyi ilə “Nəbd Əl Vatan”, “Arab-citizen” və digər mətbu orqanlarında 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, ərəbdilli oxuculara yanvarın 20-sinin Azərbaycanda Ümumxalq Hüzn Günü olmasından, 32 il əvvəl sovet qoşunlarının Ermənistanın Azərbaycan ərazilərini ilhaq etmək cəhdlərinə etiraz edən dinc əhaliyə divan tutmasından ətraflı bəhs olunub. Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynovun verdiyi məlumata istinad edilən məqalədə bildirilib ki, təpədən-dırnağa qədər silahlanmış sovet hərbçiləri qadın, uşaq, qoca demədən dinc insanlara atəş açıb, təkcə paytaxt Bakıda deyil, Lənkəran, Neftçala şəhərlərində də günahsız sakinləri qətlə yetiriblər. Qanlı hadisələr zamanı 131 dinc sakin həlak olub, 744 nəfər yaralanıb. Bu qırğınlar faşistlərin Nürnberq məhkəməsində üzə çıxarılan cinayətləri qədər dəhşətlidir.

Məqalədə həmin ağır günlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə həmrəylik nümayiş etdirdiyi, bu ağır cinayəti törədən sovet liderlərini kəskin şəkildə qınadığı qeyd olunub. Dahi siyasətçinin səsləndirdiyi bəyanatda İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqında, hər hansı regionda bu cür qəddar kütləvi qırğının törədilmədiyini ifadə etməsi xüsusi vurğulanıb.

Məqalədə qeyd olunub ki, 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü elan edilib və hər il insanlar faciə qurbanlarının xatirəsini anmaq üçün Şəhidlər xiyabanına axın edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video