DTX rəisi Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüb
İyunun 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri səlahiyyət müddətinin başa çatması və xanım Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komissiya sədri Əli Nağıyev görüş zamanı BQXK-nin humanitar fəaliyyətinə toxunaraq ölkəmiz ilə sözügedən qurum arasında mövcud münasibətlərdən, Birinci Qarabağ və Vətən müharibələri zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi sahəsində Dövlət Komissiyasının BQXK ilə sıx əməkdaşlığından ətraflı bəhs edib, təşkilatın respublikamızda 30 ilə yaxın müddət ərzində həyata keçirdiyi humanitar missiya barədə fikirlərini bölüşüb, bu missiya sayəsində daha uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib. Bununla yanaşı, itkin düşmüş şəxslərlə bağlı məsələnin yüksək həssaslığını, onların ailə üzvlərinin intizar və narahatlıqlarına tez bir zamanda son qoyulmasının əsas vəzifə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gündəlik nəzarətində olduğunu nəzərə alaraq, həmin şəxslər barədə məlumatların Ermənistan tərəfindən Azərbaycana verilməsində BQXK-nin vasitəçiliyinin gücləndirilməsinin zəruriliyi, müvafiq yönümdə fəaliyyət intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Sonra Dövlət Komissiyasının sədri Əli Nağıyev Arian Bauerə ölkəmizdə çalışdığı dövrdə göstərdiyi ciddi səylərə görə təşəkkürünü bildirərək gələcək işlərində müvəffəqiyyətlər arzulayıb, Draqana Kojiçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Səmimi qəbula görə minnətdarlıq edən Arian Bauer təsisatın Azərbaycandakı nümayəndəliyinə rəhbərliyi dövründə BQXK tərəfindən Qarabağ münaqişəsinin doğurduğu fəsadlardan ziyan görmüş vətəndaşlarımıza göstərilən humanitar yardım, o cümlədən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində reallaşdırılan mühüm layihələr və önəmli tədbirlər barədə məlumat verib.
Öz növbəsində qonaqpərvərliyə və isti qarşılanmaya görə təşəkkürünü çatdıran Draqana Kojiç Azərbaycanla BQXK arasında formalaşmış qarşılıqlı səmərəli əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə ümidvar olduğunu deyib, qarşıda duran vəzifələrin həlli yolunda var-qüvvə ilə çalışacağını diqqətə çatdırıb.
Görüşdə həmçinin digər vacib məqamlar ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb
29 Iyun
Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görü...
29 Iyun
Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...
29 Iyun
Mütəxəssis: Uşaqlarda yemək tərbiyəsini formalaşdırmaq lazımdır
29 Iyun
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berd...
29 Iyun
İran Prezidenti İbrahim Rəisi: Xəzər dənizi sahilyanı ölkələrin ümumi irsidir
29 Iyun
Səfir: Avropa İttifaqı su ehtiyatlarının idarə olunması sahəsində Azərbaycanın ən önəmli tərəfdaşlar...
29 Iyun
Rusiyanın ikinci ən varlı iş adamına Böyük Britaniya hökuməti tərəfindən sanksiya tətbiq edilib...
29 Iyun
Səfirlik David Babayanın Rusiyaya səfəri ilə bağlı xəbərlərə aydınlıq gətirib
29 Iyun
Leyla Abdullayeva Ermənistan Baş Qərargah rəisinin müavininin açıqlamasını şərh edib
29 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!