29 Sentyabr 2022 15:10
538
İQTİSADİYYAT
A- A+

Dövlət Vergi Xidməti vergi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin başlıca fəaliyyət istiqamətlərindən biri də beynəlxalq təşkilatlar, xarici ölkələrin vergi administrasiyaları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın həyata keçirilməsidir. Vergi inzibatçılığının təkmilləşdirilməsi və yeni çağırışların Azərbaycanın vergi sistemində tətbiqini genişləndirmək məqsədilə bu sahədə müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın inkişafı daim diqqətdə saxlanılır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq tərəfdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Bu Konvensiya çərçivəsində Azərbaycan 136 ölkə ilə müvafiq məlumatların mübadiləsini həyata keçirir və nəticədə genişmiqyaslı vergi məlumatlarına çıxış əldə edilir.

2017-ci ildə Dövlət Vergi Xidməti bu Konvensiya əsasında “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya, 2021-ci ildə isə “Ölkələrarası hesabatların mübadiləsinə dair səlahiyyətli orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. İlkin olaraq maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsinə dair 90 ölkə, daha sonra isə 99 ölkə ilə tərəfdaşlıq razılaşdırılıb, ölkələrarası hesabatların mübadiləsinə dair 89 ölkə ilə tərəfdaşlıq bəyan edilib. Bu sazişlər ölkədə vergitutma bazasının qorunması, vergidən yayınmanın qarşısının alınması və mənfəətin digər ölkələrə köçürülməsinə dair mübarizənin aparılmasına xidmət edir.

Ötən dövr ərzində Çoxtərəfli Razılaşmaya və Çoxtərəfli Sazişə yeni üzvlər qoşulduğundan, Azərbaycan Respublikası tərəfindən maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsi üçün əlavə 17 ölkə ilə (Bruney, Dominika, Ekvador, Yamayka, Qazaxıstan, Keniya, Liberiya, Maldiv adaları, Moldova, Monteneqro, Mərakeş, Yeni Kaledoniya, Oman, Peru, Tailand, Uqanda, Vanuatu) və dövlətlərarası hesabatların avtomatik mübadiləsi üçün əlavə 2 ölkə ilə (Barbados, Maldiv adaları) tərəfdaşlıq genişləndirilib.

Nəticə etibarilə, Azərbaycan maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsi çərçivəsində 116 ölkə, ölkələrarası hesabatların avtomatik mübadiləsi çərçivəsində isə 90 ölkə ilə məlumat mübadiləsi aparacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video