07 Dekabr 2022 19:14
371
Elm və texnika
A- A+

Dövlət Proqramı məzunları və şəhid övladları “Zəfər düşərgəsi”ndə


Düşərgədə Yevlax, Mingəçevir, Ağdaş, Kürdəmir, Bərdə, Gəncə, Xırdalan, Sumqayıt, Beyləqan və Füzuli məktəblərindən 40 şagird iştirak edib

 

Elm və Təhsil Nazirliyi şəhid övladları üçün Zuğulba tədris idman bazasında “Zəfər düşərgəsi” təşkil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi uğurlu şəxslərlə, eyni zamanda, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunları ilə şəhid ailələrinin üzvləri olan 8-11-ci sinif şagirdlərini bir araya gətirərək onların düşüncəsində müsbət dəyişikliklər yaratmaq, motivasiyasını artırmaq, düzgün ixtisas seçimi, gələcək peşə istiqamətləri və xaricdə təhsillə əlaqədar təqaüd proqramları barədə məlumatlandırmaqdır.

Düşərgənin ilk günü şagirdlərlə görüşən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsilin əlçatanlılığını təmin etmək və keyfiyyətli təhsil almaq üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.

Daha sonra dünyaca məşhur fotoqraf Reza Deqati öz uğur yolu, fotoqrafiya sənəti haqqında danışıb və uşaqları maraqlandıran suallara cavab verib.

Eyni zamanda, Dövlət Proqramı məzunlarından olan Samirə Həsənzadə “Arzuların arxasınca” adlı təqdimatla çıxış edib.

İçərişəhərə gəzinti ilə başlayan düşərgənin ikinci günü Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fidan Behbudovanın “Kosmosda fürsətlər” adlanan seminarı ilə davam edib. Dövlət Proqramının məzunu və 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Zakirov da öz növbəsində “İnformasiya texnologiyalarında karyera” mövzusunda təlim keçib.

Uşaqlar düşərgə çərçivəsində məntiqi təfəkkürün inkişafına həsr olunmuş interaktiv, eləcə də müxtəlif idman oyunlarına qatılıblar.

Qeyd edək ki, düşərgədə Yevlax, Mingəçevir, Ağdaş, Kürdəmir, Bərdə, Gəncə, Xırdalan, Sumqayıt, Beyləqan və Füzuli məktəblərindən 40 şagird iştirak edib. Düşərgə Nazirliyin Beynəlxalq əməkdaşlıq, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Məktəbdənkənar fəaliyyətin təşkili şöbələrinin, eyni zamanda, regional təhsil idarələri əməkdaşlarının təşkilatçılığı ilə baş tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video