15 Avqust 2022 20:16
211
CƏMİYYƏT

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinlərindən bir qrupu ilə görüş keçirilib

 

Avqustun 15-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Zabux və Sus kəndlərinin sakinlərindən bir qrupu ilə görüş keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsini misilsiz tarixi hadisə kimi dəyərləndirərək, qazanılan Qələbənin keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaratdığını bir daha dərin minnətdarlıq hissi ilə vurğulayıblar. Qeyd olunub ki, Ermənistanın döyüşsüz təhvil verməyə məcbur olduğu Laçın rayonunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə qanunsuz məskunlaşdırılmış ermənilərin hazırda oradan köçürülməsi 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat çərçivəsində həyata keçirilir. Bildirilib ki, bununla əlaqədar olaraq dövlətimizin başçısı otuz ilə yaxındır məcburi köçkün vəziyyətində yaşayan Laçın şəhəri, Zabux və Sus kəndləri sakinlərinin qayıdışa hazırlanması barədə tapşırıq verib.

Ötən müddət ərzində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən razı qaldıqlarını deyən görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya, indi isə doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, hər zaman böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Komitə sədri dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, komitənin struktur bölmələri Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili ilə bağlı müəyyənləşdirilmiş tədbirlərin icrası ilə məşğuldurlar. Qeyd olunub ki, doğma yurda qayıdacaq sakinlərin sayının dəqiqləşdirilməsi, məşğulluq imkanlarının qiymətləndirilməsi, arzu, istək və tələblərinin müəyyənləşdirilməsi üçün sorğular aparılır, köçürülmənin səmərəli təşkili üçün zəruri tədbirlər həyata keçirilir.

Səmimi qəbula görə minnətdarlıq edən Zabux və Sus kəndinin sakinləri uzun illər həsrətini çəkdikləri doğma yurda qayıdıb, firavan günlər yaşayacaqlarına, o yerləri yenidən dirçəldəcəklərinə əmin olduqlarını bildiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibədə verib. Dövlətimizin başçısı bildirib: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video