14 Yanvar 2022 20:22
417
CƏMİYYƏT
A- A+

Dövlət Komitəsi uşaq bağçasında baş verən hadisə ilə bağlı açıqlama yayıb

 

Dövlətin uşaqlarla iş sahəsində nəzarət etdiyi və qarşıya qoyduğu vacib vəzifə və tələblər mövcuddur. Buna görə də uşaqlarla bağlı istənilən sahədə çalışan hər bir vətəndaş bu məsuliyyəti anlamalı və öz üzərinə düşən vətəndaşlıq və insanlıq vəzifələrini layiqincə yerinə yetirməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) uşaq bağçasında baş verən hadisə ilə bağlı açıqlamasında yer alıb.

Məlumatda bildirilir ki, son günlər uşaq bağçasında baş verən və uşaq hüquqlarının pozulması ilə nəticələnən hadisə və buna bənzər hallar bir daha onu göstərir ki, müəllim, pedaqoq və tərbiyəçiləri işə təyin edən zaman onların pedoqoji biliklərinin yoxlanılması ilə yanaşı, psixoloji sağlamlığı, mənəvi dəyərləri, o cümlədən insani keyfiyyətləri ilə bağlı qiymətləndirilməsinə xüsusi diqqət edilməlidir. Bu məqamlar Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunun müddəalarında da öz əksini tapıb.

Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.

Həyata keçirilən tədbirlər və maarifləndirmə işinə baxmayaraq təəssüflər olsun ki, hələ də uşaq hüquqlarının pozulması halları ilə rastlaşırıq. Dövlət Komitəsi olaraq uşaqların müdafiəsi baxımından vətəndaşlıq mövqeyini ortaya qoyan, belə hallara həssas yanaşaraq mövzunun cəmiyyətdə, o cümlədən sosial media platformlarında aktual problem kimi müzakirəsinə yardım edən media nümayəndələri, eləcə də sosial media istifadəçilərinə təşəkkür edir, eyni zamanda uşaqlarla bağlı məlumatların yayımlanması zamanı onların hüquqlarının pozulmamasına, şəxsi məlumatlarının və fotolarının əks olunmamasına ciddi diqqətlə yanaşmalarının vacib olduğunu bildiririk.

Bir daha valideynlərə, ailələrə və cəmiyyətimizin hər bir üzvünə müraciət edərək, uşaqlara qarşı daha diqqətli olmağa, onlara qayğı göstərərək, ehtiyacları və istəklərinə həssas yanaşmağa çağırır, mənfi hallarla rastlaşdıqda müvafiq dövlət qurumlarına müraciət etmələrini xahiş edirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video