10 Avqust 2022 12:43
342
CƏMİYYƏT
A- A+

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Diasporla İş üzrə Dövlət Komitəsində olublar

 

Avqustun 9-da Diasporla İş üzrə Dövlət Komitəsində Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Komitə sədri Fuad Muradov “Şuşa-270” şüarı altında baş tutan III Yay Düşərgəsinin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib. Eyni zamanda, düşərgənin tərəfdaşlarına, müvafiq dövlət qurumlarına, iş adamlarına və incəsənət xadimlərinə, eləcə də tədbiri geniş şəkildə işıqlandıran media nümayəndələrinə təşəkkür edib. O, Azərbaycan diasporunun sıralarında gəncləşmə prosesinin getdiyini, Yay düşərgələrinin və komitənin həyata keçirdiyi digər layihələrin bu prosesin keyfiyyətinə müsbət təsir etdiyini söyləyib.

Azərbaycan dövlətinın hər zaman xaricdə yaşayan azərbaycanlıların yanında olduğunu vurğulayan F.Muradov qeyd edib ki, 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

Görüşdə gənclərin şəbəkələşməsi baxımından layihənin əhəmiyyəti, düşərgədə keçirilən təlimlər, panel iclasları, görüşlər və digər proqramlar barədə fikir mübadiləsi aparılıb.

Bu möhtəşəm layihənin azad Şuşada keçirilməsinə görə minnətdarlıqlarını bildirən düşərgə iştirakçıları öz təəssüratlarını bölüşüb, onları maraqlandıran sualları və gələcək düşərgələr üçün təkliflərini səsləndiriblər. Eyni zamanda, Azərbaycan evlərinin və “Qarabağ” həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətini yüksək qiymətləndirib, bu layihələrə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci il avqustun 2-8-də gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub. Layihənin xalqımızın Qarabağda parlaq Qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video