21 Avqust 2022 00:13
992
Səhiyyə
A- A+

Dənizin səfası

Çimərlik mövsümünün ən qaynar vaxtlarıdır və yayın qızmarından can qurtarmaq istəyənlər üz tutur dənizə. Amma dənizdə çimmək təkcə sərinləmək üçün deyil, həm də insan orqanizminə inanılmaz dərəcədə fayda verir. Ümumiyyətlə, dəryaların gözoxşayan mavi mənzərəsinə dalmağın, suyun səsinə qulaq asmağın, sahilə tərəf əsən rüzgarın gətirdiyi dənizin özünəməxsus qoxusunu ciyərlərə çəkməyin özü belə  başdan-başa terapiyadır... Həm də dənizin faydaları təkcə bunlarla bitmir...

Tarix boyu həkimlər dənizdə üzməyin saysız-hesabsız xəstəliklər üçün faydalı olduğunu bildiriblər. Hətta tibbin atası Hippokrat balıqçıların əllərinin kəsilməsinə rəğmən infeksiyaya yoluxmamalarının səbəbini dəniz suyunun təsiri ilə izah  edib.

 

"Ağ qan"a oxşar su

Fransalı bioloq Rene Kenton sübut edib ki, dəniz suyu tərkibinə görə qanın plazmasına (qanın ağ hissəsi) oxşayır. Dərinin məsamələrindən orqanizmə daxil olan dəniz suyu hüceyrələrin yenilənməsi proseslərini sürətləndirir, orqanizmi vacib minerallarla (kalium, kalsium,yod, kükürd, brom və s.) zənginləşdirir.

Yodlu havanın beyin və bədənin cavanlaşmasına müsbət təsir etdiyini deyən türkiyəli rekonstruktiv cərrahiyyə mütəxəssisi Bülənt Cihantimur isə bildirir ki, beyin dalğaları suyun səsini eşitdiyi zaman ürək ritmində də sakitləşmə yaranır: "Bədənimiz bu şəkildə daha çox oksigen tələb edir və dərindən nəfəs almağa ehtiyac duyuruq. Dənizin yodlu havası beyinin və bədənin eyni anda gəncləşməsinə fayda verir. Dəniz kənarında yüksəkkeyfiyyətli yuxualmanın təməlində də təmiz hava dayanır".

Mütəxəssis onu da bildirir ki, oksigen udmağımızı sürətləndirən mənfi ionlarla yüklənmiş dəniz havası serotonin ifrazını artıraraq streslə mübarizə aparır, yəni insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur. Bədəni enerji ilə doldurur. Eyni zamanda dəniz havası Günəş işığı ilə birlikdə xroniki dəri xəstəliklərində də müalicəvi təsir göstərir.

 

Allergiyaya son

Araşdırmalara görə, tərkibində 90-a yaxın faydalı maddə olan dəniz suyu mineral duzlarla, amin turşuları ilə, vitaminlərlə və qan dövranı sisteminin komponentləri ilə zəngindir. Dəniz suyunun tərkibindəki yod immunitet sistemini gücləndirir. İçərisindəki vitamin və mineralların sorulması dəridəki məsamələri açır və orqanizmin xəstəliklərə tutulmasına səbəb olan toksinlərin atılmasını təmin edir. Bu həm də allergik xəstəliklərin müalicəsində mühüm üsullardan biridir. Antiseptik olan dəniz suyu infeksiyalara qarşı mübarizə aparır, orqanizmin göbələk, bakteriya və mikrobları öldürmək üçün müqavimətini artırır, səpkilərin azalmasına kömək edir.

Eyni zamanda bu su bronxit, haymorit, xroniki rinit kimi nəfəsalma sistemi xəstəliklərinin, psoriaz, ekzema, neyrodermit, xroniki dermatoz kimi dəri xəstəliklərinin sağalmasına yardımçı olur.

Yod və bromla zəngin olan dəniz suyu sinir sistemi xəstəlikləri üçün əsl müalicə hesab olunur. Tərkibindəki maqnezium, brom və litium maddələri narahatlıq və depressiya kimi müxtəlif psixi pozğunluqları müalicə edir. Bu maddələr beyindəki melatonin və serotonin səviyyələrini tarazlaşdırır.

 

Dənizdə üzmək ağciyərin tutumunu artırır

Kalsiumla zəngin olduğu üçün oynaq və sümükləri möhkəmləndirən dəniz suyu həm də iltihabları və ödemləri azaldır, qan dövranını yaxşılaşdırır. Ürək-damar sistemi xəstəliklərinin də şəfası sayılan su qan dövranını yaxşılaşdırır, damarları və ürəyi yaxşı məşq etdirir. Həmçinin kaliumla zəngin olduğundan ürək əzələsini möhkəmləndirir.

Dəniz suyu mübadilə proseslərini sürətləndirir, arıqlamağa kömək edir. Duzlu su kəpəyin qarşısını alır və saçlara parlaqlıq verir.

Dənizdə üzmək ağciyərin tutumunu artıran ən vacib fiziki müalicə üsullarından biridir. Harvard Tibb Məktəbi isə bildirir ki, çimərlikdə keçirilən bir günün ən böyük faydası bədənimizdə D vitaminini toplamaqdır.

Həmçinin çimərlik insana rahat yuxu da bəxş edir. Belə ki, dəniz suyundakı maqnezium əzələləri və sinirləri sakitləşdirərək stressi azaltmağa kömək edir ki, bu da rahat yuxuya stimul verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video