02 Iyul 2022 02:01
1275
ELANLAR
A- A+

Daşkəsəndə yerli sakinlərlə növbəti görüş keçirilib

 

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsinin (KSM) iştirakı ilə Daşkəsəndə yerli sakinlərlə görüş keçirilib.

QSC-nin törəmə şirkəti "Daşkəsən Dəmir Filiz" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("DDF" MMC) inzibati binasında təşkil edilmiş görüşdə komitənin sədri, "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev çıxış edərək sosial sahədə görülən işlər və yeniliklər barədə geniş məlumat verib. Daşkəsən şəhəri, eləcə də ətraf kənd və qəsəbələrdə yaşayan əhalinin sosial ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilən tədbirdə şirkətin Daşkəsən dəmir filizi sahəsi üzrə fəaliyyətinin regionun sosial-iqtisadi inkişafındakı rolu haqqında bəhs edilib. Bildirilib ki, "DDF" MMC-də bu günədək 73 faizi Daşkəsən rayonunu təmsil edən 198 nəfər işlə təmin olunub. Həmçinin əlavə olunub ki, dəmir filizi sahəsinin fəaliyyəti aktiv fazaya keçdikdən sonra regionda yeni və daimi iş yerlərinin sayı daha da artırılacaq.

Daha sonra yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində icra edilməkdə olan layihələr haqqında məlumat verilib. Bildirilib ki, hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar. Bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğıkeşliklə əhatə olunmasına xidmət edən bu cür layihələr sosial xarakterli dövlət proqramlarına töhfə vermək məqsədi daşıyır.

Görüşdə rayonun Mədənçi və Yuxarı Daşkəsən qəsəbələrinə yeni su xəttinin çəkilişi ilə bağlı məlumat verilib. Qeyd edilib ki, yaxın günlərdə 340 abonentə mərkəzləşdirilmiş qaydada içməli suyun verilməsinə başlanılacaq. "AzerGold" QSC-nin dəstəyi ilə həyata keçirilməkdə olan layihənin məqsədi həmin yaşayış məntəqələrində əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılmasıdır.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Komitə sədri müraciətlərlə bağlı müvafiq addımların atılması, vətəndaşların qaldırdıqları məsələlərin araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

QSC tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələr çərçivəsində kənd sakinləri ilə ənənəvi görüş və sorğuların vaxtaşırı təşkili davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video