22 Iyun 2022 17:00
608
Səfərlər
A- A+

Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

Xəbər verdiyimiz kimi, iyunun 21-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Ziyafətdə konsert proqramı təqdim olunub.

Sonra prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev incəsənət ustaları ilə söhbət ediblər.

Prezident Şavkat Mirziyoyev: Bu, ilk görüşdür. Biz Azərbaycana gedəcəyik. Mədəniyyət günləri əvvəl Azərbaycanda, sonra isə Özbəkistanda keçiriləcək. Biz razılaşdıq ki, Müstəqillik Günündə həm azərbaycanlı, həm də özbək artistləri Azərbaycanın və Özbəkistanın Xalq artisti adları ilə təltif edək. Lakin münsiflər heyəti belə qərara gəlib ki, birinci namizəd Nəsibə xanımdır.

Prezident İlham Əliyev: Mən bu gün qardaş Özbəkistanda olmağımdan çox məmnunam. Qardaşım Şavkat Miromonoviç ilə bu gün bütün günü bir yerdəyik və bu günün sonunda siz bizi sevindirdiniz, yəni, öz sənətinizlə, öz musiqinizlə, Azərbaycan və özbək mahnılarının gözəl ifası ilə bizi sevindirdiniz.

Dinimiz də, dilimiz də, mədəniyyətimiz də birdir, köklərimiz də birdir. Bu gün birlik hamımızın gözü qarşısındadır və bu birliyi biz əbədi etməliyik. Sağ olun, sizə təşəkkür edirəm. Sizin hər birinizi Azərbaycana dəvət edirəm. Azərbaycanda sizi qəbul etməyə hazırıq. Buna çox şad olarıq.

İncəsənət ustaları: Çox sağ olun. Xoş gəlmisiniz.

Prezident Şavkat Mirziyoyev: Mənim əziz qardaşım, bizim əziz qonağımız bu gün Özbəkistana səfərə gəlib. Ümumiyyətlə, mənim qardaşımın səfəri tarixi səfərdir. Bizim birinci tədbirimiz Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin adını daşıyan meydanın, küçənin və onun abidəsinin açılışı oldu. Bu, bizim tariximizdir, bizim səmimi dostluğumuzun təcəssümüdür.

Bizim dostluğumuzun təcəssümü olan nailiyyətləri çox göstərmək olar. Biz ruhən, mənəviyyatca, baxışlarımıza görə daha yaxın olanda bu, çox qiymətlidir. Bizim üçün Azərbaycanın və ya Özbəkistanın heç bir fərqi yoxdur. Bizim böyük ortaq tariximiz var.

Dövlətimizin başçısını salamlayan Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Narbayeva dedi: Mehriban xanıma məndən salam deyin.

Prezident İlham Əliyev: Sağ olun. Hökmən deyərəm.

Tənzilə Narbayeva: Biz onu çox yaxşı tanıyırıq.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video