Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi "Şuşa ili" ilə bağlı çoxsaylı layihə həyata keçirib
Yola saldığımız "Şuşa ili" ölkəmizdə və xaricdə çoxsaylı layihələrlə yadda qalıb. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də maraqlı ədəbi-mədəni tədbirlərlə ilə öz töhfəsini verib. İl ərzində qardaş ölkədə konfranslar, poeziya məclisləri təşkil edilib, KİV-də məqalələr dərc olunub, televiziya verilişləri yayımlanıb, mediaturlar, müsabiqələr, sərgilər və nəşr layihələri həyata keçirilib.
AMM-in təşkilatçılığı ilə Özbəkistan Jurnalistlər Birliyi və "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti ilə birlikdə qardaş ölkədə Azərbaycan haqqında media işçiləri arasında ən yaxşı məqalə müsabiqəsi təşkil olunub. Müsabiqənin nominasiyalarından biri "Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı" adlandırılıb. Bundan əlavə, özbəkistanlı jurnalistlərin ölkəmizə, eyni zamanda işğaldan azad edilmiş ərazilərimizə mediaturu keçirilib.
Özbəkistan Televiziyasında jurnalist Manuçehr Qələndərzadənin aparıcılığı ilə efirə gedən verilişdə Azərbaycanın musiqi və poeziya beşiyi, "Qafqazın konservatoriyası", Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri haqqında geniş məlumat verilib.
"Şuşa ili" ilə bağlı AMM-in layihəsi ilə Daşkənddəki "Turan" Kitabxana-İnformasiya Mərkəzində yaradılan "Qarabağ guşəsi"nə Qarabağın mədəni irsi, abidələrinə dair nəşrlər, xalçalar, suvenirlər, milli geyimlər hədiyyə edilib. Özbəkistanın Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Termiz Dövlət Universitetində Xurşidbanu Natəvan adına "Azərbaycan ocağı"nın açılışı olub.
"Şuşa ili" çərçivəsində AMM-in təşəbbüsü və təşkilatçılığı ilə XIX əsrin ikinci yarısında Şuşada fəaliyyət göstərmiş "Məclisi-fəramuşan" ("Unudulmuşlar məclisi") poeziya məclisi yenidən bərpa edilib, ilk olaraq Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə adıçəkilən ədəbi məclisin ilk toplantısı keçirilib.
Çıxışlardan sonra Molla Pənah Vaqifin məqbərəsi önündə Xalq şairi Nəriman Həsənzadə, yazarlardan İlqar Fəhmi, Sayman Aruz, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid, tərcüməçi-ədəbiyyatşünas Babaxan Şərif və başqaları türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndiriblər. Növbəti illərdə Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un dəstəyi ilə şairlər məclisinin Türk Dövlətləri Təşkilatının digər üzv ölkələrinin şairlərinin iştirakı ilə Şuşada keçirilməsi planlaşdırılır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Aprel
Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası...
23 Aprel
Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək
23 Aprel
Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı ...
23 Aprel
Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib...
23 Aprel
Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə ...
23 Aprel
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
23 Aprel
Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub
23 Aprel
Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib
23 Aprel
Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!