"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 647-VIQD nömrəli Qanununun tətbiqi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 647-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 6.4-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 647-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xidmət haqlarının məbləğlərini üç ay müddətində müəyyən etsin.
4. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 621; 2005, № 2, maddə 64, № 8, maddə 718; 2006, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2010, № 4, maddə 287, № 7, maddə 610; 2011, № 11, maddə 998; 2013, № 9, maddə 1052, № 12, maddə 1509; 2014, № 2, maddə 108, № 4, maddə 361, № 6, maddə 632; 2015, № 7, maddə 827, № 9, maddə 1016; 2016, № 11, maddə 1825; 2017, № 3, maddə 348; 2018, № 2, maddələr 202, 203; 2020, № 7, maddə 891, № 12 (I kitab), maddə 1477; 2022, № 8, maddə 852) 4.2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 4.2.3-cü yarımbənddə "7.2-ci maddəsində və 12.2-ci maddəsində" sözləri "6.4-cü, 7.2-ci və 12.2-ci maddələrində" sözləri ilə əvəz edilsin;
4.2. aşağıdakı məzmunda 4.2.6-1-ci yarımbənd əlavə edilsin:
"4.2.6-1. həmin Qanunun 6.4-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 yanvar 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
25 Aprel
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
25 Aprel
Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub
25 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
25 Aprel
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
25 Aprel
Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb
25 Aprel
BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib...
25 Aprel
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
25 Aprel
Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib
25 Aprel
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!