25 Noyabr 2022 02:49
270
İDMAN
A- A+

Daliçdən etiraflar 

 

"Çətin matç oldu. Biz bunu gözləyirdik. Rəqib kompakt oynadı, müdafiədə yaxşı çıxış etdi. Cəsarətimiz yox idi və qərarlı deyildik. Bilirik ki, qrupdan çıxmaq  üçün 4-5 xal toplamaq lazımdır". 
Bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç "DÇ-2022"nin qrup mərhələsinin 1-ci turunda Mərakeşlə qolsuz bərabərə qaldıqları oyundan sonra  deyib: "Xorvatiya millisinin oyunçularını günahlandıra biləcəyim yeganə şey cəsarət və əzmkarlığın olmamasıdır. İndiki vəziyyət dörd il əvvəlkindən fərqlidir, çünki hamının hədəfi bizik. İndi diqqətimizi növbəti oyunlara cəmləmişik". 
Mütəxəssis ilk hissənin son 10-15 dəqiqəsində daha yaxşı oynadıqlarını vurğulayıb: "İkinci hissədə isə daha yaxşı idik, qol vura bilməməyimiz pis oldu. Üstün olan tərəf biz idik".
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video