“Daily Sabah”: Zəngəzur dəhlizi Avropa ilə Asiyanı birləşdirən yeni nəqliyyat yoludur
Zəngəzur dəhlizinin açılması bir çox maliyyə fürsətləri yaradacaq və Cənubi Qafqazda davamlı sülhə xidmət edəcək.
Bu fikir Türkiyənin “Daily Sabah” portalında yerləşdirilən “Zəngəzur dəhlizi: Avropa ilə Asiyanı birləşdirən yeni nəqliyyat yolu” sərlövhəli məqalədə yer alıb.
Məqalənin müəllifi - YAP Gənclər Birliyinin üzvü, siyasi şərhçi Anastasiya Lavrina qeyd edib ki, Ermənistanla Azərbaycan arasında baş verən 44 günlük müharibədən sonra Cənubi Qafqaz regionunda geosiyasi vəziyyət tamamilə dəyişib. Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi Asiyanın Avropa və Yaxın Şərqlə əlaqəsini qısaldacaq.
Zəngəzur dəhlizi Sakit və Atlantik okeanları arasında ən qısa yol hesab olunur, həmçinin Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yollarının kəsişməsində yerləşir. Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən nəqliyyat əlaqələrində önəmli rol oynayacaq.
Müəllif diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə vaxtilə Zəngəzurdan keçən qatar yollarının yenidən istifadəyə verilməsi müzakirə olunub. Avropa İttifaqı regionda nəqliyyat dəhlizlərinin açılmasını qətiyyətlə dəstəkləyir. ABŞ və Türkiyə də bu layihənin tərəfdarları arasındadır.
Bu layihə bir çox iqtisadi imkanlar yaratmaqla yanaşı, Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün formalaşmasına töhfə vermiş olacaq.
Sonda vurğulanıb ki, Zəngəzur dəhlizinin işə salınması həm də Orta Dəhlizin inkişafını təmin edəcək. Bu isə Qara dənizdən Qafqaz və Mərkəzi Asiyadan keçməklə Hindistan, Çin və Şərqi və Cənubi Asiyanın digər ölkələrinə qədər bütün regionun iqtisadiyyatına müsbət təsir göstərəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fransada beş miqrant həlak olub
23 Aprel
Vladimir Putinin andiçmə mərasiminin tarixi məlum olub
23 Aprel
Ukraynanın itkiləri 500 minə çatıb - Şoyqudan AÇIQLAMA
23 Aprel
İran İsrailə görə Avropaya səsləndi
23 Aprel
"Şeytanın kometası" sürətlə planetimizə yaxınlaşır
23 Aprel
Ən böyük qara dəlik aşkar edilib
23 Aprel
“Nothing” yeni smartfonunu təqdim edəcək
23 Aprel
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilməri...
23 Aprel
Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə...
23 Aprel
Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!