05 Dekabr 2021 00:43
9835
Oxucu məktubları

Daha hər xəstəlik üçün rayon mərkəzinə getmirik

 

Son illər ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. O cümlədən bölgələrdə müasir xəstəxana binaları inşa edilərək istifadəyə verilir ki, bu da əhalinin razılığı ilə qarşılanır.

Bu yaxınlarda yaşadığım Gədəbəy rayonunun Şəkərbəy kəndində istifadəyə verilən həkim məntəqəsi də respublikamızda səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biridir.

Qeyd edim ki, kəndimiz  rayon mərkəzindən xeyli aralıda yerləşir. Burada fəaliyyət göstərən həkim məntəqəsi demək olar ki, istifadəyə yararsız hala düşdüyündən kənd camaatı səhiyyə xidməti almaq üçün rayon mərkəzinə getməli olurdu ki, bu da həm narahatlıq, həm də vaxt itkisi demək idi. Kənddə yaşayan sakinlər mövcud vəziyyətlə əlaqədar rayon rəhbərliyinə müraciət edərək tədbir görülməsini xahiş etdilər. Nəhayət, həkim məntəqəsinin təmirinə başlanıldı. İndi kəndimizdə hər cür tibbi avadanlıqla təchiz edilmiş müasir həkim məntəqəsi və təcrübəli tibb işçiləri var.

 

Salman NƏSİROV,

Gədəbəy rayonunun Şəkərbəy kənd sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video