05 Iyul 2022 00:30
480
İQTİSADİYYAT
A- A+

Dağlıq və dağətəyi ərazilərdə taxıl biçini sürətlənir

 

Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib. "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin balansında olan "New Holland TC 5.90 HİLLSIDE" kombaynları ilə Yardımlı rayonunun yüksək dağlıq ərazidə yerləşən Ərsilə kəndində taxıl biçini həyata keçirilib.

Bu il Yardımlı rayonunda 3549 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin mütləq əksəriyyəti relyefi çətin ərazilərdə yerləşir. Dağlıq ərazilərdə biçin xüsusi dağ kombaynları vasitəsilə həyata keçirilir. İxtisaslaşmış dağ kombaynlarının əsas xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır. Eyni zamanda dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir. Tam kompüterləşdirilmiş, innovativ dağ kombaynları yamaclarda 38 dərəcə bucaq altında, hündürlükdə isə 32 dərəcə bucaq altında biçin apara bilir. Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin qısa zamanda, operativ biçilməsinə gətirib çıxarır.

Yaxın günlərdə Lerik, Cəlilabad, Şəmkir rayonlarının yüksək dağlıq ərazilərində dağ kombaynlarının iştirakı ilə kütləvi biçin başlayacaq.

Ərsilə kəndində biçin prosesi başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması yekunda məhsuldarlığa müsbət təsir edir: "Biçindən dərhal sonra yay şumunun aparılması taxıl əkinlərində ilk aqrotexniki tədbirdir. Yay şumu torpağın strukturunu yaxşılaşdırır, alt qatlarda nəmliyin toplanmasını, samanın çürüyərək üzvi gübrəyə çevrilməsini təmin edir. Bundan başqa, yay şumu gəmiricilərə qarşı mübarizənin ən yaxşı üsullarından biridir. Dərin şum torpağın altında olan gəmirici yuvalarını dağıdır və səpindən sonra çıxış dövründə gəmiricilərə qarşı mübarizə aparmaq məcburiyyətini əvvəlcədən aradan qaldırır. Bu mövsüm artıq biçindən sonra təxminən 100 min hektar sahədə yay şumu aparılıb".

Ərsilə kəndinin zəmilərində biçindən sonra xüsusi riper avadanlığının köməyi ilə yay şumu aparılıb, fermerlərə yay şumunun əhəmiyyəti barədə məlumat verilib.

Qeyd edək ki, iyulun əvvəlinə olan son məlumata görə, ölkə üzrə artıq 569716 hektar sahədə biçin prosesi başa çatıb. Bu, payızlıq əkin sahələrinin 58,9 faizini təşkil edir. Biçin prosesinə 1639 kombayn cəlb olunub. Bunlardan 650 kombayn "Aqroservis" ASC-nin balansında olan kombaynlardır. Bundan başqa, biçin prosesində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 989 kombayn iştirak edir. "Aqroservis" ASC-nin kombaynları tərəfindən 234057 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar vasitəsilə isə 335659 hektar sahədə biçin aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video