30 Avqust 2022 00:51
4921
Oxucu məktubları

Dağ kəndinin dağ boyda dərdi - yol, işıq, qaz

 

Xanagahlılar zəhmətsevər, doğma yurda bağlı insanlardır. Amma uzun müddətdir kəndin yolu pis vəziyyətdədir. Əhalinin ən çox istifadə etdiyi Lənkəran-Lerik yolunun 50-ci kilometrliyindən kəndə kimi uzanan yolun asfalt örtüyü tamam dağılıb. 
Amma problem təkcə bu deyil. Kəndə indiyəcən telefon da çəkilməyib. Üstəlik, keçən əsrin 60-70-ci illərinin yadigarı olan kənddaxili elektrik xətləri bərbad vəziyyətdədir. Elə bunun nəticəsidir ki, payız-qış aylarında əhalinin günlərlə işığı olmur. Olmayan həm də təbii qazdır. Odur ki, hazırda xanagahlılar üçün evlərini payızın, qışın soyuğunda isitməkdən böyük problem yoxdur. 
Xanagahlılar bütün bu problemlərlə bağlı dövlətdən kömək istəyirlər. Deyirlər ki, əgər onları eşidən  olsa, kəndin əvvəlki növraqlı günləri yenidən başlayar.

Zəfər ORUCOĞLU, 
Lerik rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video