23 May 2022 15:31
523
DÜNYA
A- A+

Cozef Bayden: ABŞ və digər ölkələr bazara böyük həcmdə neft çıxarıb

Dünya keçid dövründədir və bu dövrün sonunda qazıntı yanacağından asılılığa son qoya bilsə, daha da güclənəcək, lakin qiymətlərlə bağlı hazırkı vəziyyət ürəkaçan deyil və bazara əlavə neft çıxarılması üzrə səylər kifayət etmir.

AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezidenti Cozef Bayden Yaponiya imperatoru ilə ikitərəfli sammitin nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.

“Biz dünyanın keçid mərhələsindəyik və qazıntı yanacağından asılılığı aradan qaldırsaq, daha da güclü olacağıq. Bazara əlavə olaraq çıxardığımız 257 milyon bareldən çox neft yanacaq qiymətlərini bir qədər tənzimləsə də, bu, kifayət deyil”, - ABŞ Prezidenti belə deyib.

Cozef Bayden, həmçinin Rusiyanın təcavüzü nəticəsində böyük həcmdə buğdanın Ukrayna limanlarında qaldığını və bu səbəbdən dünyanın ərzaq çatışmazlığı ilə üzləşdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video