01 Oktyabr 2024 08:40
3225
Səhiyyə
A- A+
COVID-19 hələ bitməyib

COVID-19 hələ bitməyib


Yeni ştam olan XEC-in yoluxduruculuğu sürətlə artır


Ötən il COVID-19 pandemiyasının başa çatdığı elan edilsə də, zaman-zaman virusun müxtəlif subvariantları ortaya çıxır. Onlardan bəziləri qeydə alındığı ölkələrdə müvafiq mübarizə tədbirlərinin başlanmasına rəvac verir, digərləri isə heç bir əhəmiyyət kəsb etmədən yoxa çıxır.

Mütəxəssislər koronavirusun hələ ki, son ştamı olan XEC-in pandemiyanın yeni dalğasına səbəb ola biləcəyindən narahatdırlar. "Omikron" ailəsindən olan subvariant daşıdığı fərqli mutasiyalar sayəsində daha sürətli yayılma qabiliyyətinə malikdir. Bu ştam artıq bəzi Avropa və Asiya ölkələrində, habelə ABŞ-nin 25 ştatında yüzlərlə xəstədə aşkar edilib. Virusun kəskin artımı ilk dəfə iyun ayında Almaniyada müşahidə olunub. Xəstəliyin mövcudluğunu təsdiqləyən ölkələr arasında Sloveniya, Belçika, Niderland, Tayvan, Fransa, İsrail, İtaliya, İsveç, İrlandiya, Böyük Britaniya, Kanada, İspaniya və Danimarka da var. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri virusun yanvarın ortalarında pik həddə çatacağını proqnozlaşdırırlar.


Yeni ştamlara yoluxsaq, nə etməliyik?


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Aişə Kərimovanın sözlərinə görə, XEC dünya miqyasında narahatlıq doğuran son subvariantlardan biridir: "Yeni ştama yoluxmuş insanlarda tez-tez boğaz ağrısı, yorğunluq, öskürək, əzələ ağrıları və burun axması kimi simptomlar müşahidə olunur. Digər COVID-19 variantları kimi, XEC də əsasən zəifləmiş immun sisteminə malik şəxslər üçün daha təhlükəlidir. Xüsusilə yaşlılar, şəkərli diabet, ürək-damar, təzyiq, astma kimi xroniki xəstəlikləri olanlar, hamilə qadınlar və peyvənd olunmayanlar bu subvariantdan ciddi təsirlənə bilərlər".

Həkim-infeksionist bildirib ki, insanlar XEC və ya digər ştamlara yoluxduqlarını düşündükdə ən qısa zamanda test olunmalı və nəticəni gözləyərkən özlərini izolyasiya etməlidirlər: "Yoluxma təsdiqləndikdən sonra həkimlə məsləhətləşərək göstərişlərə uyğun müalicə alınmalıdır. Ev şəraitində təcrid olunma qaydalarına əməl etmək lazımdır. Bu dönəmdə kifayət qədər su içmək və istirahət etmək mütləqdir". 


XEC-dən necə qorunaq?


Yeni subvariantların ortaya çıxmasının təbii proses olduğunu söyləyən A.Kərimova deyib ki, əsas qorunma üsulları COVID-19-un ümumi qorunma qaydalarına əsaslanır: "Xüsusən qapalı məkanlarda və sıxlıq olan yerlərdə tibbi maskadan istifadə vacibdir. Əlləri tez-tez yumaq və dezinfeksiya etmək, sosial məsafəni qorumaq, havalandırmanın zəif olduğu qapalı məkanlardan çəkinmək, kütləvi tədbirlərdən mümkün qədər uzaq durmaq lazımdır".

Həkim-infeksionist qeyd edib ki, vaksinasiya COVID-19 və ştamlarına qarşı hələ də ən effektiv üsul olaraq qalır: "Hazırda mövcud koronavirus peyvəndləri XEC variantına qarşı da müəyyən dərəcədə qoruma təmin edir. Bununla yanaşı, peyvəndlər yeni variantlara uyğunlaşdırılır və inkişaf etdirilir. Bu səbəbdən vaksin olunmaq və gücləndirici dozalardan istifadə etmək hər kəs üçün tövsiyə olunur. Yeni ştama yoluxma halına ölkəmizdə rast gəlinməsə də, ehtiyatı əldən vermədən fərdi gigiyena və məsuliyyətli davranış qaydalarına riayət etmək gələcəkdə də mühüm rol oynayacaq". 


Ü.XASPOLADOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

21:53
11 Fevral

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib  

21:52
11 Fevral

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

20:33
11 Fevral

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

20:11
11 Fevral

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib

20:07
11 Fevral

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib  

19:53
11 Fevral

Maka Boçorişvili: Gürcüstanın daxili siyasi həyatına müdaxilə tamamilə yolverilməzdir

19:42
11 Fevral

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub 

19:27
11 Fevral

Fərid Qayıbov Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşüb  

19:11
11 Fevral

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

18:41
11 Fevral

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

18:31
11 Fevral

Süni intellektlə yaradılmış videosu yayımlanan Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

18:12
11 Fevral

Ukraynada dinc əhali daha çox PUA-lar səbəbindən həlak olur

17:53
11 Fevral

Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması mövzusunda təlimlərə başlanılır

17:44
11 Fevral

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

17:09
11 Fevral

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb

16:50
11 Fevral

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb

16:48
11 Fevral

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş təsdiqlənib FƏRMAN  

16:46
11 Fevral

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib – SƏRƏNCAM

16:45
11 Fevral

Baş DYP İdarəsi metohəssas sürücülərə müraciət edib

16:30
11 Fevral

Parisdə əlillər etiraz nümayişi keçiriblər

16:30
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!