31 Oktyabr 2024 18:32
742
COP29
A- A+
COP29-un işıqlandırılmasında fəal iştirak edəcək ingilisdilli jurnalistlər üçün növbəti təlimlərə başlanılıb

COP29-un işıqlandırılmasında fəal iştirak edəcək ingilisdilli jurnalistlər üçün növbəti təlimlərə başlanılıb

COP29-un işıqlandırılmasında fəal iştirak edəcək ingilisdilli jurnalistlər üçün təşkil edilən silsilə təlimlər çərçivəsində Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “COP29 və Dayanıqlı media təcrübələri” mövzusunda növbəti təlimlərə başlanılıb.

AZƏRTAC xəbər verir ki, təlimin açılışında çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çağdaş dövrdə ekoloji problemlərin qlobal miqyasda artmasının ətraf mühitin qorunması istiqamətində daha funksional və əhatəli addımların atılmasına zərurət yaratdığını vurğulayıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində iqlim dəyişikliyi və ona qarşı mübarizə üsulları barədə səmərəli məlumatlandırmanın həyata keçirilməsində, cəmiyyətin bu problemin həllində fəal iştiraka və sağlam gələcək naminə innovativ ideya və həllər irəli sürməyə təşviq edilməsində medianın müstəsna rol oynadığını bildirib.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova qeyd edib ki, silsilə təlimlərin əsas məqsədi media nümayəndələrini iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səviyyədə qabaqcıl bilik və anlayışlarla təmin etmək, onların bu sahədə savadlılığını artırmaq, xarici ekspertlərin təcrübələrini onlarla paylaşmaqdır.

“Economyfirst Limited London” şirkətinin direktoru, təcrübəli jurnalist Klaus-Peter Ralf Jurgens Mavi və Yaşıl zonalarda jurnalistlərin fəaliyyəti, qlobal iqlim problemlərinin hansı formada vizuallaşdırıla və auditoriyaya çatdırıla biləcəyi, həmçinin COP29 konfransının ictimaiyyəti, gəncləri, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri necə cəlb edəcəyi haqqında tədbir iştirakçıları ilə ətraflı müzakirələr aparıb.

Sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Ətraf mühit jurnalistikası və ictimai diplomatiya” adlı sessiyada diplomatların xarici ictimaiyyətlə birbaşa əlaqə yaratmaq, qlobal rəyə təsir etmək və beynəlxalq əlaqələr qurmaq üçün sosial media platformalarından istifadə metodları və jurnalistlərin beynəlxalq müqavilələr haqqında necə səmərəli məlumatlandırma apara biləcəklərindən danışıb.

Media sahəsində iyirmi ildən çox beynəlxalq təcrübəyə malik, “CNN”, “ABC News”, “Channel News Asia”, “Deutsche Welle TV” kimi məşhur media subyektlərində çalışmış, yüksək səviyyəli beynəlxalq konfrans və sammitlərdə moderator olaraq iştirak etmiş jurnalist-teleaparıcı Ali Aslan öz növbəsində beynəlxalq statuslu jurnalistin formalaşması üçün əhəmiyyətli olan bilik və bacarıqlar barədə məlumat verərək təcrübələrini bölüşüb, COP29 kimi irimiqyaslı tədbirlər zamanı media nümayəndələrinin təfərrüatlı və cəlbedici cavabları təşviq edən təsirli suallar hazırlamaq üçün istifadə etdikləri texnikalardan danışıb.

Anadolu Agentliyinin Ekoloji xəbərlər departamentinin rəhbəri Hale Aydoğmuş isə iqlim jurnalistikasının əsas anlayışları və terminləri, ətraf mühit xəbərlərinin hazırlanma prosesində vizualların əhəmiyyəti, sosial mediada paylaşımlar, eyni zamanda, “Yaşıl xətt” təcrübəsi barədə iştirakçılarla diskussiya aparıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!