11 Avqust 2024 08:15
495
SİYASƏT
A- A+
COP29 dünya "sülh zənciri"nin bir halqası olacaq

COP29 dünya "sülh zənciri"nin bir halqası olacaq

 

Azərbaycan hazırda iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir. Müxtəlif mövzularda konfransların və forumların Azərbaycanda keçirilməsi ölkəmizin xarici siyasət uğurlarının, eyni zamanda hər bir sahədə zəngin təcrübəyə, potensiala malik olmasının təqdimatıdır.
Bu baxımdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin iradə və qabiliyyəti ilə yanaşı, liderlik rolunu da nümayiş etdirir.
 Bu  qlobal konfrans dünyada  gərginliyin azaldılmasına, sülhün bərqərar olunmasına da təsir göstərəcək. COP29-un gündəliyindəki problemlərin həllinə müasir elmin dəstəyi ilə nail olmaq mümkündür, əlbəttə. Amma  faciəli iqlim dəyişmələrinin nə zaman, harada  baş verəcəyi sualına hələ də elm dəqiq cavab tapa bilmir. Çünki o, qəflətən, gözlənilməyən anda "planetin başı üzərində" peyda olur. Bununla belə  ekoloq və meteoroloqların fikrincə, bu dəyişmələri ən azı, dünyanın  gücü və birliyi ilə ləngitmək, təxirə salmaq lazımdır. Onun daha da artıb bəşəriyyətin ağrılı  başbəlasına çevrilməsinə yol verilməməlidir, əks halda, qarşısıalınmaz fəlakətlər qaçılmaz olacaq. Bu, bir çağırışdır və kökündə həm də müharibələrin bitməsi, sülhün  bərqərar olması dayanır.  
Dünyada sülhün olmasını Azərbaycan qədər vacib sayan ölkələrin sayı bu gün azdır. Ölkəmiz müstəqilliyinin ilk illərindən başlayaraq qonşu dövlətin işğalçılıq siyasəti ilə üzləşib. Təxminən otuz il davam edən bu işğal nəticəsində Azərbaycan böyük məhrumiyyətlərlə üzləşib - işğal altına düşən ərazilərimizdə hər şey dağıdılıb, şəhər və kəndlərimiz, tarixi abidələrimiz yerlə  yeksan edilib. Torpaqlarını müharibə ilə azad edən  Azərbaycan  savaş zamanı  ekoloji pozuntuların miqdarı və ətraf mühitə dəyən zərərin həcminin nə qədər olduğunu daha yaxşı bilir. İşğaldan azad olnmuş ərazilərdə hələ də mina təhlükəsi qalmaqdadır. Bu baxımdan  Azərbaycanın COP29-la bağlı sülh çağırışı etməsi heç də təsadüfi deyil, bəlkə də bir qanunauyğunluqdur. Onun bu qlobal tədbir vasitəsi ilə  gələcək üçün müəyyənləşdirəcəyi yeni hədəflər həm "yaşıl enerji"nin inkişafı üçün mühüm vasitə olacaq, həm də beynəlxalq və regional sülhə böyük töhfələr verəcək.
Tədbirə hazırlıqlar çərçivəsində COP29-un sədrliyi də sülh və həmrəylik məsələsini gündəlikdə saxlayaraq, bu istiqamətdə  səylərini artırır, dünya dövlətlərini barışığa səsləyir, münaqişələrin sülh yolu ilə həll olunmasına üstünlük verdiyini fəaliyyətində əks etdirir.  Əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasına nail olmaqdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu, bizim üçün fürsətdir. Çünki  dünyaya deyəcək sözümüz çoxdur. Təbii ki, evsahibliyi etməyin əsas üstünlüklərindən biri onminlərlə qonağın ölkəmizə gəlməsi olacaq. Azərbaycan COP29-u həm də sülh prosesinin nəticəsi hesab edir. Hətta ev sahibi kimi COP-un gündəliyinə bəzi əlavələr də  edə bilərik. Dövlət başçısı çıxışlarının birində bəyan edib ki, belə əlavələrdən biri sülh olacaq. "Ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a evsahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Bu hal isə bizim heç də hər dəfə hər müstəvidə bir-birimizə qarşı addım atmalı olmadığımızı nümayiş etdirir. İlk dəfə idi ki, biz beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni biz qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi", - dövlət  başçısı bildirib.
Sirr deyil ki, Azərbaycan dövləti Rusiya-Ukrayna müharibəsinin, o cümlədən Qəzza bölgəsində yaşanan qırğınların dayanmasını çox istəyir. Əslində  44 günlük Qarabağ savaşı da mahiyyət etibarilə sülhə töhfə verən bir hadisədir. Çünki zəfərdən sonra Ermənistandan fərqli olaraq, Azərbaycan bölgəyə daha qalıcı sülhün gətirilməsi üçün addımlar atmaqdadır. Bunu sülh müqaviləsinin şərtlərinin məhz ölkəmiz tərəfindən hazırlanması da sübut edir. COP29-un Azərbaycanda keçirilməsi sülh danışıqlarına təsir edə bilər. Qeyd edək ki, karbon emissiyalarının yayılmasına səbəb olan, həmçinin "yaşıl enerji"yə keçidə maneçilik törədən səbəblərdən biri hərbi - sənaye kompleksləridir. Belə ki, indiki məqamda hər bir dövlətin qarşısına qoyduğu tələblərdən biri hərbi-sənaye kompleksləri ilə bağlıdır. Təəssüf ki, bu gün ölkələrin hərbi xərcləri artmaqdadır. Bu  bəşəriyyət üçün ciddi təhlükədir. COP29-un fəlsəfəsi isə "yaşıl enerji"yə keçid, təbii sərvətlərin istismarının azaldılması və bəşəriyyətdə sülhün güclənməsidir. Azərbaycan müharibələrin dayandırılması üçün COP platformasından unikal bir hadisə kimi yararlanmağa çalışır. 
Prezident İlham Əliyev COP29-a xüsusi həssaslıqla yanaşır və ən yüksək səviyyədə keçirilməsi üçün prosesi özü birbaşa izləyir, vaxtaşırı məlumatlar alır. Dövlət başçısının təbirincə desək, COP29-un bir önəmi də ondadır ki, konfrans qərarı antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunub. Bu da o deməkdir ki, bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib. "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı",-  fikirləri ilə dövlət başçısı  Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb. 
Bu gün Azərbaycanın qarşısında duran ən əsas məsələ Ermənistanla sülh müqaviləsinin bağlanmasıdır. Əgər COP29-un fəaliyyətə başlayacağı vaxta kimi baş tutarsa, bu, dünya sülh zəncirinin bir halqasının möhkəmləndirilməsi olacaq. Digər tərəfdən Ermənistan  sülh müqaviləsini imzalayandan sonra Azərbaycanın hazırlayacağı beynəlxalq layihələrdə, proqramlarda iştirak edə biləcək. Bunun üçünsə, ilk növbədə Ermənistan səmimi olmalı, sülhə gedən yolda əngəl yaratmamalıdır ki, COP29-un sülh istiqamətində atdığı addımlar  müsbət nəticə versin.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti Aİ ölkələrini Kiyevin Rusiyaya hücum etməsinə icazə verməyə çağırıb

18:50
19 Sentyabr

Livanda peycer və rasiyaların partlaması nəticəsində 37 nəfər həlak olub  

18:49
19 Sentyabr

Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri yüksək qiymətləndirilib

18:47
19 Sentyabr

Baş Prokurorluğun nümayəndələri beynəlxalq təşkilatların tədbirlərində iştirak ediblər

18:46
19 Sentyabr

Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur

18:44
19 Sentyabr

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

18:43
19 Sentyabr

Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub YENİLƏNİB

18:42
19 Sentyabr

Yutubda bir neçə yeni funksiya əlavə olunub

18:41
19 Sentyabr

Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB

18:40
19 Sentyabr

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib

18:19
19 Sentyabr

Sabiq “Arsenal”lı həbs edildi

18:15
19 Sentyabr

“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

18:02
19 Sentyabr

 Təcili qanı artıq dronlar çatdıracaq

17:51
19 Sentyabr

EKSKLÜZİV: Qara Qarayev 3 seçim qarşısında

17:50
19 Sentyabr

Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik

17:30
19 Sentyabr

Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu

17:02
19 Sentyabr

Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK

16:52
19 Sentyabr

"Əl-Nəsr" italiyalı mütəxəssisə tapşırılıb

16:51
19 Sentyabr

Klozedən Mahir Emreli açıqlaması  

16:50
19 Sentyabr

“WhatsApp” yeni funksiyasını təqdim etməyə hazırlaşır

16:46
19 Sentyabr

Avropa Komissiyasının Prezidenti Kiyevə gedir

16:44
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!