13 Noyabr 2025 08:35
348
SİYASƏT
A- A+
COP29 Azərbaycanın növbəti uğuru kimi tarixə düşdü

COP29 Azərbaycanın növbəti uğuru kimi tarixə düşdü


Bir il əvvəl Bakıda keçirilən bu tədbir qlobal razılaşmaların əldə edilməsi ilə yadda qaldı


Azərbaycanı dünyaya daha yaxından tanıdan faktorlardan biri ölkəmizin beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsidir. Respublikamızdakı mövcud imkanlar, ən əsası mükəmməl infrastruktur və siyasi-ictimai sabitlik istənilən beynəlxalq tədbirin uğurla keçirilməsini şərtləndirir. Ən mühümü də odur ki, bu tədbirlər artıq Bakı ilə məhdudlaşmayaraq regionları, o cümlədən Qarabağ və Şərqi Zəngəzuru əhatə edir.

Hər bir tədbir Azərbaycanın uğurlu qlobal təqdimatıdır. Bu baxımdan 2024-cü ilin bu günlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müstəsna əhəmiyyət kəsb etdi. Ötən il 11-22 noyabr tarixlərində keçirilmiş COP29 beynəlxalq miqyasda mühüm siyasi hadisəyə çevrildi.

Öncə onu qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in 2023-cü il dekabrın 11-də keçirilən plenar iclasında verilmişdi. Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi barədə qərar respublikamızın mühüm siyasi beynəlxalq uğuru idi. Eyni zamanda bu, Azərbaycana olan beynəlxalq etimadın növbəti nümunəsinə çevrildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycana olan hörmətin əlaməti idi: "COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik". 

Buna qədər ölkəmizdə keçirilmiş digər beynəlxalq tədbirlər kimi, COP29 da yüksəksəviyyəli təşkilatçılığı ilə yadda qaldı. Azərbaycan bu dəfə də ideal təşkilatçılıq nümunəsi ortaya qoydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirdi. Respublikamıza gələn xarici nümayəndə heyətlərinin üzvləri də təşkilatçılığın və kommunikasiya məsələlərinin yüksək səviyyədə olduğunu bildirdilər, xüsusi qonaqpərvərliklə qarşılandıqlarını dedilər. Azərbaycana gələn xarici qonaqlar həm də respublikamızın yüksəlişi, xalqımızın 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərindəki tarixi zəfərləri ilə daha yaxından tanış oldu, bu barədə obyektiv məlumatlar aldılar. Beləliklə, COP29 Azərbaycanın uğurlarının, zəfərlərinin beynəlxalq miqyasda tanıdılmasında mühüm əhəmiyyət kəsb etdi.

COP29 həm də antiazərbaycançı və ermənipərəst dairələrə vurulan növbəti zərbə oldu. Məlum olduğu kimi, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunandan sonra erməni təəssübünü çəkən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyasına start vermişdilər. Bəzi ölkələr və təşkilatlar tərəfindən dövlət və hökumət başçılarına COP29-da iştirak etmək üçün Bakıya getməmələri ilə bağlı çağırışlar edilirdi. Avropa Parlamenti isə bu çirkin kampaniyanın xüsusi iştirakçısı idi. Bu da əsasən onların Azərbaycanın 44 günlük müharibədəki zəfəri və Qarabağda erməni separatçılığına son qoyması ilə barışa bilməmələrindən irəli gəlirdi. 

Lakin antiazərbaycançı dairələrin bu  qərəzli və çirkin niyyətlərinin heç biri baş tutmadı. COP29-da iştirak etmək üçün Bakıya 80-dən artıq dövlət və hökumət başçısı gəldi. Ümumilikdə isə COP29-da 200-ə yaxın ölkənin nümayəndələri iştirak etdilər. Bu həm Prezident İlham Əliyevə, həm də Azərbaycana olan yüksək hörmətdən, ehtiramdan xəbər verirdi. 

COP29 tarixi uğurlar və həllini gözləyən bir çox məsələ üzrə mühüm qərarlarla yadda qaldı, bu beynəlxalq tədbirdə 52 məsələ üzrə qərar qəbul edildi.

Konfransın ən vacib nailiyyəti inkişaf etməkdə olan ölkələrin COP29-dan əsas gözləntisi - "Yeni Kollektiv Kəmiyyət Hədəfi" üzrə konsensusun əldə olunmasıdır. Qərarda 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik əsasda 1,3 trilyon ABŞ dollarına çatdırılması üçün çağırış edilib. Bununla yanaşı, 2035-ci ilə qədər inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti ilə bağlı hər il ən azı 300 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsi razılaşdırılıb. Bu rəqəm 2009-cu ildə qeyd edilən məqsədə 100 milyard ABŞ dolları məbləğində müəyyən edilmiş iqlim maliyyəsindən 3 dəfə artıqdır. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı. Bu, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə daha intensiv mübarizə aparmaqda kömək edəcək.

COP29-un digər uğuru Paris Sazişinin beynəlxalq karbon bazarlarına dair 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsidir. 10 il idi bu məsələ üzrə uğur əldə olunmurdu. Bununla bağlı razılığın əldə olunması COP29 sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

Daha bir tarixi hadisə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədikləri İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərarın qəbul olunmasıdır. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. Bu baxımdan İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 sədrliyinin növbəti böyük uğuru oldu.

Digər qərarlar Bakı Adaptasiya Yol Xəritəsinin qəbul olunması, illik əsasda növbəti COP-larda Adaptasiya üzrə yüksəksəviyyəli Bakı Dialoqunun keçirilməsinin razılaşdırılması, Texnologiya İmplementasiya Proqramının işə salınması, Yerli İcmalar və Köklü Xalqlar üzrə Platformanın 2025-2027-ci illər üzrə Bakı İş Planının təsdiq edilməsi və digər istiqamətlər üzrə önəmli məsələləri əhatə edir.

"Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək", - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan ötən ilin noyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə COP tarixində ən uğurlu sessiyaya evsahibliyi etdi. Məhz COP29-da əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi razılaşmalar əldə edildi. Bu baxımdan COP29 həm də Azərbaycanın növbəti qlobal uğuru oldu.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!