24 Noyabr 2024 08:00
3518
SİYASƏT
A- A+
COP-ların Azərbaycan zirvəsi

COP-ların Azərbaycan zirvəsi


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı dünyanın  ölkəmizə etimadının, etibarının  göstəricisi, beynəlxalq aləmdə qazandığı hörmət və nüfuzun dəyərləndirilməsi idi. Ölkəmiz COP29-dək bir çox möhtəşəm  tədbirə evsahibliyi etməklə də  dünyada yüksək imic qazanmışdı. COP29 kimi genişmiqyaslı bir tədbirin keçirilməsi üçün məhz Azərbaycanın seçilməsinin başlıca səbəblərindən biri həm də enerji keçidi  sahəsindəki fəaliyyətimiz, hamıya bəlli olan "yaşıl gündəliy"imiz idi. 

Azərbaycan COP29-a doğru addım-addım, lakin uzaqgörənliklə, inamla, məqsəd aydınlığı ilə gəlmişdi.

Dünyada az olkə var ki, öz enerji təhlükəsizliyini tam şəkildə özü  həll etmiş olsun. Prezident İlham Əliyevin çıxışlarının birində dediyi kimi: "Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən biz enerji təhlükəsizliyi məsələsinə toxunmalıyıq. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir".

Azərbaycan buna, dövlətimizin başçısının sözü ilə ifadə etsək, Tanrının bizə vəsilə etdiyi, pay verdiyi enerji resursları ilə, neft, qaz sahəsində qlobal layihələr həyata keçirməklə nail olub. Bununla yanaşı, yanacaq enerjisindən əldə olunan gəlirlərdən səmərəli istifadə ilə digər sahələri də inkişaf etdirmişik. Bir sözlə, ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib. Çoxsaylı və sanballı ekoloji layihələr də həyata keçirilib ki, bunlara da sərf olunan xərclər təbii ki, neftin və qazın satışından əldə edilən vəsaitdəndir. Bütün  bunlarla yanaşı, biz  xeyli vaxtdır "yaşıl enerji"yə  geniş meydan vermək üzərində düşünür və işləyirik. Bu sahədə artıq  uğurlu start götürülüb və layihələr gerçəkləşdirilib.     

Xatırladaq ki, Prezident İlham Əliyevin  "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 29 may 2019-cu il tarixli sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə ölkədə bərpaolunan enerji sahəsində yeni istehsal güclərinin yaradılması və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə "Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi" hazırlanıb.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də  bölmələrdən biri məhz "Təmiz ətraf mühit  və "yaşıl artım" ölkəsi"  adlanır. Həmin sənəddə deyilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır.

Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır. Bunlardan biri  yüksəkkeyfiyyətli ekoloji mühit, digəri  "yaşıl enerji" məkanıdır.

Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə 157 giqavat təşkil edir. İndiyədək  bu istiqamətdə görülən işlər baradə deməyə də  söz var. Belə ki, ötən il Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin tikdiyi 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verilib. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29-un davam etdiyi günlərdə  Cəbrayıl rayonunda Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməli qoyulub. 

Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası dövlət başçısı tərəfindən  "yaşıl enerji" zonaları elan edilib. Bununla yanaşı, bərpaolunan eneji layihələrimiz getdikcə daha çox bölgəni əhatə etməkdədir. Cari  il iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlini qoydular.

Ümumiyyətlə, 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi nəzərdə tutulur. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Külək və günəş enerjisi layihələri hesabına elektrik enerjisinin quraşdırılmış gücündə bərpaolunan enerjinin payı 2027-ci ildə 33 faizə, 2030-cu ildə isə 35,5 faizə  yüksələcək.

Bütün bu və digər nailiyyətlərimiz COP29 zirvəsindən daha aydın göründü. On minlərlə qonağımız tədbirin mükəmməl təşkilini görməklə, qlobal çağırışlarını eşitməklə yanaşı, həm də "yaşıl enerji" strategiyamızla daha yaxından tanış oldu. 


Flora SADIQLI,

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!