04 Avqust 2024 03:25
363
İDMAN
A- A+

Cokoviç finalda

 

Novak Cokoviç "Paris-2024" Yay Olimpiya Oyunlarında tennis yarışlarının finalına vəsiqə qazanıb. Serbiyalı tennisçi 4-cü cəhdində Olimpiadanın finalına yüksələ bilib. O, bundan əvvəl 3 dəfə yarımfinalda mübarizəni dayandırıb. Cokoviç "Pekin-2008", "London-2012" və "Tokio-2020" turnirlərində finalın bir addımlığında uduzub. Novak bu dəfə Lorenso Muzettini (İtaliya) 6:4 və 6:2 hesablı setlərlə məğlub edib.
Cokoviç Olimpiadalar tarixində finala yüksələn ən yaşlı tennisçi olub. Novak bu gün finalda ispaniyalı Karlos Alkarasla qarşılaşacaq. Bu tennisçilər iyulun 14-də "Uimbildon Open-2024"ün finalında üz-üzə gəliblər və Alkaras 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 37 yaşlı idmançı 24 dəfə "Böyük Dəbilqə" yarışlarının qalibi olub. Onun medal kolleksiyasında yalnız Olimpiya qızılı çatışmır.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video