14 Oktyabr 2024 16:53
710
DÜNYA
A- A+
Çin Tayvan boğazında hərbi təlimlərə başlayıb

Çin Tayvan boğazında hərbi təlimlərə başlayıb

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan boğazında "Birgə xəncər 2024B" adlı hərbi təlimlərə başlayıb. Bu barədə məlumat verən  ÇXAO-nun Şərq Bölgəsi Döyüş Komandanlığının nümayəndəsi, baş polkovnik Li Si bildirib ki, təlimlər Tayvanın müstəqillik qüvvələrinin separatçı fəaliyyətinə sərt xəbərdarlıq rolunu oynayır. Bu, milli suverenliyi və birliyi qorumaq üçün qanuni və zəruri əməliyyatdır.

Si həmçinin geyd edib ki, təlimlərdə müxtəlif qüvvələrdən olan əsgərlər Tayvan sahillərində birgə iştirak edəcək. Əsas diqqət hava-dəniz döyüşləri və patrul xidməti, həmçinin vacib limanların blokadası, dəniz və yerüstü hədəflərinə hücuma yönəldiləcək. Bu yolla,  ÇXAO komanda mərkəzinin rəhbərlik etdiyi əsgərlərin birlikdə işləməyə hazırlığını yoxlayır.

Tayvan Müdafiə Nazirliyi 17 Çin gəmisi və 125 təyyarənin adaya yaxınlaşdığını bildirib. Rəhbərlik Çinin keçirdiyi hərbi təlimlər fonunda Pekinlə münaqişələri genişləndirməyi planlaşdırmır. Bu barədə oktyabrın 14-də nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, bütün zabit və əsgərlərdən daha ​​ayıq-sayıq olmaq, monitorinqi gücləndirmək və fəaliyyətlərini əlaqələndirmək, yumşaqlıq prinsipinə əməl olunması üçün sahil patrul xidməti və digər bölmələrlə sıx əməkdaşlıq etmək və hadisələrə  münaqişələri qızışdırmadan və mübahisələrə səbəb olacaq hərəkətlərə yol vermədən reaksiya göstərmək tələb olunur.

Həmçinin qeyd olunub ki, mütəxəssislər və hərbçilər Çinin raket qüvvələrinin bölmələrinin hərəkətini izləyəcəklər.

Bundan əvvəl, sentyabrın 26-da Tayvan Çinin 43 təyyarə və 8 gəmisinin adaya yaxınlaşmasını qeydə alıb. Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.

Çin və Tayvan arasında münaqişə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda adaya səfərindən sonra kəskinləşib. Çin tərəfi Tayvanı öz ərazisi hesab edir və buna görə də başqa ölkələrin rəsmilərinin adaya səfərlərini Tayvanın müstəqilliyinə dəstək kimi qiymətləndirir.

ÇXR hökuməti ilə onun ada əyaləti arasında rəsmi əlaqələr 1949-cu ildə Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsində uduzan Çan Kayşinin başçılıq etdiyi Qomindan qüvvələri Tayvana köçdükdən sonra kəsilib. Ada ilə materik Çin arasında əlaqələr 1980-ci illərin sonlarında bərpa edilib.

Bu arada, Çin Xalq Azadlıq Ordusunun Tayvan yaxınlığında hərbi təlimlər keçirməsi ilə əlaqədar  ABŞ hərəkətlərini müttəfiqləri ilə koordinasiya edir. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib: "Biz ÇXR-in fəaliyyətini izləməyə və ümumi problemlərimizlə bağlı müttəfiqlər və tərəfdaşlarla hərəkətlərimizi əlaqələndirməyə davam edirik".

Bundan əlavə, Dövlət Departamenti Çini təmkinli olmağa çağırıb və hərbi təlimlərlə bağlı narahatlığını bildirib.

Qeyd edək ki, ABŞ açıq şəkildə Tayvan hakimiyyətini dəstəkləyir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”



 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:05
09 Noyabr

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
09 Noyabr

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı paylaşım edib VİDEO  

01:18
09 Noyabr

Bakıda keçirilən Hərbi parad dünyanın bir sıra ölkələrinin nüfuzlu media qurumlarında geniş işıqlandırılıb 

01:15
09 Noyabr

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - YENİLƏNİB  

01:13
09 Noyabr

Hilmi Daşdemir: 8 Noyabr Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür  

01:11
09 Noyabr

Laçında konsert: “Zəfərin Səsi" 

23:09
08 Noyabr

Şuşada möhtəşəm atəşfəşanlıq olub

22:40
08 Noyabr

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub, daha 3 cüdoçumuz medal qazanıb

22:02
08 Noyabr

Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

21:50
08 Noyabr

Xankəndidə Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub

21:36
08 Noyabr

Naxçıvanda Zəfər Gününün 5 illiyi münasibətilə möhtəşəm atəşfəşanlıq olub  

21:35
08 Noyabr

Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  

20:54
08 Noyabr

Professor Renyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır  

20:36
08 Noyabr

Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıblar  

20:31
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib YENİLƏNİB - 4

20:14
08 Noyabr

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib 

20:06
08 Noyabr

Xankəndidə Zəfərimizin 5 illiyi möhtəşəm bayram coşqusu ilə qeyd olunub  

20:03
08 Noyabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən  

19:49
08 Noyabr

İslamiada: Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar  

19:36
08 Noyabr

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

19:24
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!