Çin asteroidlərə qarşı yeni sistem hazırlayacaq
Çin Yer kürəsini asteroidlərlə toqquşma təhlükəsindən qorumaq üçün xüsusi sistem hazırlamağı planlaşdırır. Bu barədə məlumatı ölkənin Milli Kosmik İdarəsinin (CNSA) rəhbəri Vu Yanhua verib.
Onun sözlərinə görə, CNSA Yer kürəsi üçün təhlükə mənbəyi olan asteoridlərin monitorinqi üçün nəzərdə tutulmuş sistem 2025-2026-cı illərdə test ediləcək. Bu sistem asteroidə zərbə endirmək imkanına malik olacaq. Zərbə nəticəsində bu və ya digər asteroidin trayektoriyasının dəyişəcəyi güman edilir. Layihə çərçivəsində təhlükəli asteoridlərin monitorinqi və onlar barəsində məlumatların toplanması məqsədilə yerüstü və kosmik sistemin yaradılması da nəzərdə tutulur. Çinli mütəxəssislər təhlükəli kosmik obyektlərlə toqquşmaların qarşısını alacaq texnologiyaları da inkişaf etdirmək niyyətindədirlər.
NASA-nın məlumatına əsasən, Günəş sistemində 1.11 milyon asteroid müəyyən edilib. Lakin əslində onların sayı daha çoxdur. Asteroid ilə toqquşma isə ən ciddi təbii fəlakətlərdən biri ola bilər. Belə ki, asteroid ilə toqquşma nəticəsində olan məhvolma səviyyəsi istənilən digər fəlakət nəticəsində baş verəndən daha yüksəkdir. Asteroidlə toqquşma nəticəsində dəyə biləcək zərərin səviyyəsi bir çox faktordan asılıdır. Ən əsasları arasında isə asteroidin malik olduğu ölçüdür. Yer kürəsi üçün real təhlükə mənbəyi 140 metr və ondan daha böyük asteroidlərdir. Amma hətta ən kiçik asteroidlər belə, ciddi problemlərə səbəb ola bilər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin xarici işlər naziri: Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya...
27 Iyun
Prezident: Təbii şəraitin çətinliyinə baxmayaraq, Kəlbəcər-Laçın zonasında bütün infrastruktur layih...
27 Iyun
Prezident İlham Əliyev: 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qürurla qey...
27 Iyun
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB ...
27 Iyun
Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin ilk üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi im...
27 Iyun
Prezident İlham Əliyev: Biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...
27 Iyun
Prezident İlham Əliyev: Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi ...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi...
27 Iyun
Prezident İlham Əliyev: Ermənistan da postmüharibə reallığını qəbul etməlidir
27 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!