12 Noyabr 2024 23:33
543
SİYASƏT
A- A+
Ceyhun Bayramov “Buzlaqlar-2025: Buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxış edib  

Ceyhun Bayramov “Buzlaqlar-2025: Buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxış edib  

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “Buzlaqlar-2025: buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, yüksəksəviyyəli tədbirdə, həmçinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, habelə digər yüksəkvəzifəli şəxslər iştirak ediblər.

Nazir Ceyhun Bayramov Tacikistan tərəfinə əksər hallarda diqqətdən kənar qalmasına baxmayaraq, ekosistemimizin əsas hissələrindən birini təşkil edən buzlaqlar mövzusuna həsr olunmuş bu əhəmiyyətli tədbirin təşkilinə görə təşəkkür edib. O, buzlaqların dünyanın bir çox bölgələrində əriməsinin daşqınlar və torpaq sürüşmələri kimi təhlükəli fəlakətlərə səbəb olduğu bildirilib. Ceyhun Bayramov iqlim dəyişikliyi səbəbindən sürətlə yox olan buzlaqların, o cümlədən ölkəmizdə, xüsusilə Böyük Qafqaz dağları və Qusarçay hövzəsində 7 il ərzində 18%-dən çox azaldığı, bunun da çay ehtiyatlarının qeyri-bərabər paylanmasına və ümumi şirin su ehtiyatlarının azalmasına səbəb olduğu diqqətə çatdırılıb. Buzlaqların əriməsi probleminin ciddi təhlükə olmasına baxmayaraq, bu istiqamətdə atılan əlaqələndirilmiş addımların məhdud olduğu, bu baxımdan növbəti il elan olunacaq "Beynəlxalq Buzlaq Qoruma İli"nin məhsuldar olacağına dair ümidvarlıq ifadə olunub. Nazir Ceyhun Bayramov bütün beynəlxalq tərəfdaşları gələcək nəsillər üçün ekosistemimizin balansının təmini istiqamətində müvafiq sahə üzrə əməkdaşlığı gücləndirməyə dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın hərtərəfli inkişafına möhkəm hüquqi təminatlar yaradan Əsas Qanun  

09:31
12 Noyabr

Heç bir qüvvə Azərbaycanın Konstitusiya quruluşuna təhdid yarada bilməz  

09:29
12 Noyabr

Prezident İlham Əliyev 12 Noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib

09:27
12 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

09:08
12 Noyabr

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!