29 Sentyabr 2022 15:49
666
DÜNYA
A- A+

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlim keçirəcək  

 

Cənubi Koreya, ABŞ və Yaponiya Şərq (Yapon) dənizinin beynəlxalq sularında sualtı qayıqlara qarşı əməliyyatı nəzərdə tutan üçtərəfli hərbi təlim keçirəcəklər.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, 3 ölkənin son 5 ildə ilk dəfə keçirəcəyi dəniz təlimləri Şimali Koreyanın nüvə-raket fəallığı fonunda baş tutacaq. Sentyabrın 30-da başlayacaq təlimlərdə nüvə başlıqlı raketlər daşıyan sualtı qayıqların birgə aşkarlanması, müəyyən edilməsi və izlənilməsi əsas diqqət mərkəzində olacaq. Təlimlərə hər üç ölkənin döyüş gəmiləri, o cümlədən ABŞ-nin “USS Ronald Reyqan” təyyarədaşıyan gəmisi, Cənubi Koreyanın “Böyük Munmu” və Yaponiyanın “Asahi” esminesləri də cəlb olunacaq.

Cənubi Koreyanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, təlimlər Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı üç ölkənin birgə hərbi əməkdaşlığını bərpa etmək planının bir hissəsidir.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ hərbçilərinin Şərq (Yapon) dənizində keçirdiyi dördgünlük birgə hərbi dəniz təlimləri sentyabrın 29-da başa çatıb. Təlimlərə hər iki tərəfdən xeyli sayda canlı qüvvə, 20 hərbi gəmi, o cümlədən ABŞ-ın nüvə başlıqlı raketlərə malik “USS Ronald Reyqan” təyyarədaşıyan gəmisi və “USS Annapolis” sualtı qayığı, müxtəlif növ hərbi təyyarə və helikopterlər cəlb olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video