18 Iyul 2021 01:48
1626
Elm və texnika
A- A+

Cənubi Amerikada süd ağacları var

 

İnsan təkcə keçi, qoyun, at və inək südü içmir, həm də bitki südü içir. Cənubi Amerikada çox vaxt yaşayış evlərinin yaxınlığında hündür, düz tropik ağacların kiçik meşələrini görmək olur. Onları botaniklər qalaktika dendronları adlandırırlar. Xalq arasında isə bunlara sadəcə süd və ya inək ağacları deyilir.

Süd ağaclarının hamar qabığı və parlaq, dəriyə oxşar, adi otaq fikusuna oxşar xırda yarpaqları var. Bu ağac tez böyüyür, meyvələri yeyilmir. Ağacın əsas üstünlüyü onun süd şirəsi verməsidir. Əsl bitki südünü bu ağacların gövdəsindəki xüsusi kəsiklərdən “sağırlar”. Təkcə bir saat ərzində bu ağacın gövdəsindən bir litrə yaxın ağ rəngli dadlı şirə axır, öz xarici görünüşü, qida dəyərləri və hətta dadı ilə adi inək südünü xatırladır. Yerli əhali onu qidada geniş istifadə edir. Belə süd uzun müddət saxlanılmağa davamlı olmadığı üçün tez qatılaşır və acılaşır. Ona görə də ağacdan südü “sağan” kimi onu tez bir zamanda istifadə etmək lazımdır. İnsanlar bu ağacdan bütün il ərzində süd əldə edə bilirlər. Qeyd edək ki, bitki südü buxarlanan  zaman arı mumuna bənzər qatı sarı maddə yaranır. Bu maddədən təsərrüfatda istifadə edilir: onunla qablar təmir edilir, şam hazırlanır, xalq təbabətində astma xəstəliyinə qarşı istifadə edilir. Süd ağacı istiyə və rütubətə çox tələbkar olan tropik bitkidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video