07 Iyun 2022 00:33
2247
Oxucu məktubları
A- A+

Cəlilabadda yeni "Şəhidlər abidəsi" memorial kompleksi inşa edilir

 

Cəlilabad Birinci və İkinci Qarabağ müharibələrində 246 şəhid vermişdir. Onlardan 98 nəfəri İkinci Qarabağ müharibəsinin şəhididir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə Cəlilabad şəhərində "Şəhidlər abidəsi" xatirə kompleksi inşa olunur. Böyük bir sahəni əhatə edən ərazidə əsas işlər yekunlaşdırılmaq üzrədir. Burada müasir üslubda meydançalar, bəzək ağaclarından və gül kollarından ibarət yaşıllıqlar salınır. Əsas fraqmentə - stelaya uzanan xiyabanda və gediş-gəliş sahələrində tamet döşənməsi, xarici hasarların hörülməsi və mərmərlə üzlənməsi, bulağın inşası artıq başa çatmışdır. Kompleksdəki ikitərəfli sütunlarda hər iki Qarabağ müharibəsində canlarını fəda etmiş cəlilabadlıların barelyefləri və haqlarında məlumatlar olan lövhələr vurulacaq.

"Şəhidlər abidəsi" kompleksinin tikintisinin yaxın vaxtlarda  başa çatdırılması nəzərdə tutulur.

 

Aydın HÜSEYNOV,

Cəlilabad rayonu

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video