31 Oktyabr 2024 13:06
402
İQTİSADİYYAT
A- A+
Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı və mövsümün sonuncu toxum sərgi-satış yarmarkası Cəlilabad rayonunda keçirilib.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Mərkəzinin ərazisində keçirilən festivalda Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan fermerlər, toxum istehsalçıları iştirak ediblər. Yarmarka çərçivəsində toxum istehsalçıları məhsullarını fermerlərə nümayiş etdirməklə satış imkanından yararlanıblar.

Kənd təsərrüfatı sahəsində yeniliklərin təbliği, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə Cəlilabadda təşkil edilən cari ilin sayca 29-cu Aqrar Biznes Festivalında özəl şirkətlər tərəfindən müxtəlif innovativ məhsul və texnologiyalar nümayiş etdirilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları festivalda öz məsləhət və xidmətlərini fermerlərin nəzərinə çatdırıblar.

Festival çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun həmçinin müxtəlif bank və bank olmayan kredit təşkilatlarının iştirakı ilə Kredit yarmarkası keçirilib. Kredit yarmarkasında fermerlər onları maraqlandıran kredit məhsulları barədə mütəxəssislərə sorğu ilə müraciətlər ünvanlamış və gərəkli informasiyalar əldə ediblər.

Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə Aqrar Xidmətlər Agentliyinin Aqar Təlim Mərkəzi tərəfindən “Sertifikatlı toxumların əhəmiyyəti” mövzusunda təlim keçirilib, müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.

Festivalda müxtəlif qadın qrupları və kooperativləri öz məhsullarının nümayiş və satışını həyata keçiriblər. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə məxsus müasir kənd təsərrüfatı texnikaları və tələbələrin əl işlərindən ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə mövsüm ərzində toxum sərgi-satış yarmarkaları Şəki, Oğuz, Zərdab, Ağsu, Goranboy, Tərtər, Masallı, Neftçala, Qax, Balakən, Naxçıvan, Şərur, Şabran, Siyəzən, Beyləqan və Cəlilabad rayonlarında təşkil edilib.

Avqustun 16-dan Şəki şəhərindən start götürən toxum sərgi-satış yarmarkalarında payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Toxum sərgi-satış yarmarkaları çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə ətraflı məlumat verilib və fermerlərin maarifləndirilməsi istiqamətində toxumçuluğa dair müxtəlif mövzularda təlimlər keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!