31 Oktyabr 2024 18:52
333
İQTİSADİYYAT
A- A+
Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyənləşib

Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyənləşib

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə 100 MVt gücündə olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Bu  barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Energetika Nazirliyinə bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun olaraq həyata keçirməsi tapşırılıb.

Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 229 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib  

17:03
12 Noyabr

Sağlam qocalmaq üçün lazım olan yuxu miqdarı açıqlanıb

17:00
12 Noyabr

Hulusi Kılıç: COP29 qürur mənbəyi və Türk dünyasının uğurudur

16:58
12 Noyabr

Gürcüstanın Baş naziri: COP29 çox yüksək səviyyədə təşkil edilib

16:57
12 Noyabr

COP29 çərçivəsində Qazaxıstanın təbii ehtiyatlarının mühafizəsi üzrə Memorandum imzalanıb

16:55
12 Noyabr

COP29-un iştirakçısı: Yaponiya sıfır tullantılara doğru inamla irəliləyir və digər ölkələrə kömək edir  

16:53
12 Noyabr

Tacikistan nümayəndəsi: COP29-un təcrübəsi iqlim dəyişikliyi ilə mübarizədə bizim üçün faydalı olacaq  

16:53
12 Noyabr

Aİ Ukraynaya 1 milyon mərmi vermək planını ilin sonunadək yerinə yetirəcək  

16:52
12 Noyabr

Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

16:50
12 Noyabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç Qarabağa səfər edib

16:49
12 Noyabr

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə Nazirlərin 9-cu iclası keçirilib  

16:48
12 Noyabr

Almaniyada erkən parlament seçkiləri gələn il fevralın 23-də keçiriləcək  

16:46
12 Noyabr

Prezident İlham Əliyev İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb YENİLƏNİB  

16:44
12 Noyabr

Prezident İlham Əliyev Qana Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

16:40
12 Noyabr

Əminə Ərdoğan: COP29 təbiət və bəşəriyyət naminə ortaq məsuliyyətin parlaq təzahürüdür  

16:39
12 Noyabr

Ağ Evin milli iqlim müşaviri: Bütün ölkələr enerji keçidinə haradansa başlamalıdırlar  

16:38
12 Noyabr

Türkiyə mediası COP29-un Liderlər Sammitinin açılışını geniş işıqlandırıb  

16:37
12 Noyabr

COP29 iştirakçılarına gənclərin iqlim siyasətində roluna dair məruzə təqdim edilib

16:36
12 Noyabr

BAEA-nın rəhbəri COP29-a böyük ümidlər bəsləyir

16:14
12 Noyabr

Seneqallı nümayəndə: COP29-a ev sahibliyi edən Azərbaycandan çox məmnunuq  

16:13
12 Noyabr

COP29-un pakistanlı iştirakçısı: Əsas gözləntilərim, COP28-də verilən vədlərin bu konfransda yerinə yetirilməsidir  

16:12
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!