22 Iyun 2022 03:51
471
ELANLAR

Bu yay rouminqdə "Azercell"in tarifləri ilə ünsiyyətdə sərbəst ol

 

Lider mobil operator "Sərbəst 50" və "Sərbəst 75" tarif paketlərinin fakturalı xətt istifadəçilərinə rouminq üçün internet trafik hədiyyə edir

 

"Azercell"mobil telekom bazarında bir çox üstünlükləri ilə seçilən Sərbəst paketlərinin istifadəçilərinə indi daha çox imkanlar təqdim edir. Artıq Sərbəsti seçən abunəçilər sərfəli və rahat ünsiyyətdən yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da yararlana biləcəklər. 

İyunun 20-dən sentyabrın 15-dək "Sərbəst 50" və "Sərbəst 75"in fakturalı xətt abunəçiləri ölkədaxili dəqiqə və internetlə yanaşı, rouminq üçün internet trafik də əldə edəcəklər.  Belə ki, yay ayları boyunca "Sərbəst 50" tarif paketiçərçivəsində fakturalı xətt istifadəçilərinə ayda 50 AZN-ə  25 GB internet, 2500 ölkədaxili dəqiqə, feysbuk, mesencer və vatsap tətbiqlərində pulsuz yazışma imkanından əlavə, həmçinin 1 GB həcmində rouminq internet paketi də veriləcək. "Sərbəst 75" tarif paketinin abunəçiləri isə ayda 75 AZN ödəməklə 60 GB internet, 4000 ölkədaxili dəqiqə, feysbuk, mesencer və vatsap tətbiqlərində pulsuz yazışma imkanı ilə yanaşı, 2 GB həcmində rouminq internet paketi də əldə edəcəklər. (ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/postpaid.html)

Sərbəst tarifləri çərçivəsində təqdim edilən əlavə internet trafik "Azercell"in  rouminq internet paketləri qüvvədə olan bütün ölkələrdə etibarlıdır. Odur ki, Sərbəst abunəçiləri bonuslarından dünyanın ən çox ziyarət edilən 62 ölkəsində fəaliyyət göstərən 105-dən çox operatorun şəbəkəsində yararlana biləcəklər. Xatırladaq ki, Türkiyə, Rusiya, Avstriya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Ukrayna və Çin  kimi populyar istiqamətlərdə rouminq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, "Azercell" abunəçiləri  prioritet  operatoru seçmək zərurəti olmadan istənilən şəbəkədə internet xidmətindən istifadə edə bilərlər. Lider mobil operator xaricə səfər edən abunəçilərindən www.azercell.com rəsmi internet səhifəsindən rouminq zamanı internetdən istifadə qaydaları ilə (ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/plans-and-services/roaming/roaming-data-packages.html) tanış olmağı və ölkə hüdudlarından kənarda nömrəyə göndərilən ismarıcları diqqət mərkəzində saxlamağı xahiş edir.

Bu yay rabitə xərclərinizə Sərbəst tarif paketləri ilə qənaət edin.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video