14 Yanvar 2025 08:55
402
CƏMİYYƏT
A- A+
Bu il keçmiş köçkünlər 20-yə yaxın yaşayış məntəqəsinə qayıdacaqlar

Bu il keçmiş köçkünlər 20-yə yaxın yaşayış məntəqəsinə qayıdacaqlar


2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük Zəfərlə başa çatdı. Erməni işğalçıları diz çökdürüldü, məğlub edildi. 44 günlük Vətən müharibəsində qazanılan bu böyük və qürurverici Zəfər nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. 

Torpaqlarımız Ermənistan silahlı qüvvələrinin işğalından azad olunandan sonra bu ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində inamlı və uğurlu addımlar atıldı. Qısa müddət ərzində "Böyük Qayıdış" Dövlət Proqramının icrasına başlanıldı, böyük layihələrin icrasına start verildi. İşğaldan azad olunmuş bütün ərazilərdə quruculuq işlərinə başlandı.

İlk addımlardan aydın göründü ki, erməni işğalından azad olunan ərazilərdə quruculuq işləri sürətlə aparılacaq və illərdən bəri doğma ocaqlarından didərgin salınmış keçmiş köçkünlər böyük sevinc içində ata-baba yurdalarına qayıdacaqlar. Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Füzuli rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimində çıxışı zamanı xalqımızı sevindirərək quruculuq və abadlıq işlərinin sürətlə aparılacağını bildirmişdir. Dövlət başçısı bu xoş müjdəni Azərbaycan xalqına sevinc içində verərək demişdir: "Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik".

Hər şey Prezident İlham Əliyevin müdrikcəsinə dediyi kimi oldu. "Böyük Qayıdış" Dövlət Proqramına uyğun olaraq Zəngilanda, Füzulidə, Cəbrayılda, Laçında, Şuşada, Ağdamda və başqa bölgələrdə qısa müddət ərzində yaşayış məntəqləri salındı. Aparılan quruculuq və abadlıq işləri nəticəsində artıq bir zamanlar doğma ocaqlarından didərgin düşmüş məcburi köçkünlərin geriyə köçü başladı. Aparılan quruculuq işləri nəticəsində keçmiş məcburi köçkünlər Şuşaya, Laçına, Zəngilana, Cəbrayıla, Füzuliyə və başqa bölgələrdəki doğma ocaqlarına qayıtdılar. Belə təntənəli qayıdış, belə qürurlu dönüş 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının dilindən düşməyən arzusu, qəlbindən heç vaxt çıxmayan istəyi idi. Uzun illər idi ki, xalqımız bu günün, bu anın həsrəti ilə yaşayırdı, həmin xoşbəxtliyə qovuşacağı günü intizarla gözləyirdi. Döyüşlərdə qazanılan qələbəyə, aparılan böyük quruculuq işlərinə əsaslanıb iftixar və qürurla deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm Zəfər nəticəsində xalqımızın illərdən bəri ürəyində olan arzuları reallığa çevrildi, xəyalları gerçəkləşdi. 

İkinci Qarabağ müharibəsi başa çatandan sonra Füzulidən Şuşaya Zəfər yolu çəkildi. Qısa müddət ərzində çəkilən bu yol işğaldan azad olunmuş qayıdışın, geriyə dönüşün simvoluna çevrildi. Quruculuq işlərinin sürətləndirilməsi məqsədilə asfalt yollarla yanaşı, "Qarabağın hava qapısı" adlandırılan Füzuli və Zəngilan Beynəlxalq Hava limanları tikilib istifadəyə verildi. İşğaldan azad olunmuş ərazilərdə üçüncü hava limanı isə hazırda Laçın şəhərində tikilir.

Məlum idi ki, işğal illərində erməni quldurları əllərində saxladıqları ərazilərdə təbii resurslardan qeyri-insani istifadə edir, ətraf mühiti kobud şəkildə  çirkləndirir, təbiətə sağalmaz yaralar vurur, onun nizamını pozurdular. Bunun da nəticəsində əvvəlki illərdə qurulmuş infrastruktur sıradan çıxır, hər şey dağıdılırdı. Erməni işğalçılarının bu illər ərzində əsas məqsədi yalnız ərazilərimizə, təbiətimizə ziyan vurmaq olub. Düşmənin təbiətimizə vurduğu ziyanın aradan qaldırılması istiqamətində də bu gün zəruri bərpa işləri aparılır. 

Hazırda "Böyük Qayıdış" Dövlət Proqramına uyğun olaraq quruculuq işləri Qarabağ və Şərqi Zəngəzurda uğurla davam etdirilir. Görülən tədbirlər nəticəsində ilk günlərini yaşadığımız 2025-ci ildə də minlərlə keçmiş köçkün ata-baba yurdlarına qayıdacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibəsində başqa sahələrlə yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq və bərpa işlərindən də ətraflı bəhs etmişdir. Dövlət başçısı demişdir ki, bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. "Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq". 

Təbiidir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq və abadlıq işlərinin aparılması üçün ayrılan vəsait Qarabağımızda, eləcə də başqa bölgələrimizdə aparılan quruculuq prosesini daha da sürətləndirəcək. Çox keçməyəcək ki, bu bölgələr cənnətə dönəcək. Prezident İlham Əliyev müsahibəsində bunu da xüsusi olaraq vurğuladı: "Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək".

Çox keçməyəcək ki, erməni vandallarının uzun illər dağıtdıqları, viran qoyduqları, xarabalığa çevirdikləri Qarabağı, eləcə də başqa bölgələrimizi gözəl görkəmdə, fərqli formada görəcəyik. "Böyük Qayıdış" Dövlət Proqramına uyğun olaraq aparılacaq quruculuq işləri dövlət başçımızın dediyi kimi, doğma Qarabağımızı cənnətə çevirəcək. İşğaldan azad olunmuş bölgələrin xoşbəxt günləri başlayacaq. Bu xoşbəxt günlərin qurucusu və müəllifi isə Azərbaycan xalqını yumruq kimi birləşdirib sarsılmaz qüvvəyə çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!