Bu il həyata keçirilən əməliyyatların 69 faizi elektron daşıyıcılar vasitəsilə aparılıb
Cari ildə həyata keçirilən əməliyyatların 69 faizi elektron daşıyıcılar vasitəsilə aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz bəndi çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Z.Nuriyevin qeyd edib ki, pandemiyadan əvvəl elektron ödənişlər 4,3 milyard manat idisə, bu ilin ilk 4 ayı ərzində bu rəqəm 6 milyard manat olub. Cari ildə banklarda aparılan əməliyyatların sayca 75 faizi, həcmcə 40 faizi nağdsız hesablaşmaların payına düşür. Ən böyük artım elektron ticarətlə bağlıdır. Belə ki, 2022-ci ilin aprelində bank kartlarından elektron ticarətdə istifadə 2,8 dəfə artıb. Bank kartlarının sayı 2 milyon ədəd yaxud 22 faiz artaraq 11,9 milyona çatıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keniyalı general helikopter qəzasında ölüb
19 Aprel
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
19 Aprel
İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib
19 Aprel
Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb
19 Aprel
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
19 Aprel
Dünya birjalarında neft bahalaşıb
19 Aprel
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
19 Aprel
Vitaminsiz qalmayaq
19 Aprel
Yetirmələrimlə qürur duyuram
19 Aprel
Bu il Şuşada gənclərin möhtəşəm tədbirləri keçiriləcək
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!