20 Yanvar 2023 04:03
580
İDMAN
A- A+

Bu günədək Olimpiadada qızıl medal qazanmayan Malayziya Azərbaycanla təcrübə mübadiləsi aparmaqda maraqlıdır

 

Yanvarın 19-da Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev ölkəmizdə səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə görüşüb.
MOK-un Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonağı salamlayan Azər Əliyev bildirib ki, Azərbaycanın xüsusilə fərqləndiyi, Olimpiya medalları qazandığı idman növləri var. Malayziya isə badminton, velosiped və sair bu kimi idman növlərində güclü idmançılar yetişdirir. Onun sözlərinə görə, tərəflər bu idman növləri üzrə mütəxəssislərin yetişdirilməsi və idmançıların təlimi məqsədilə qarşılıqlı əməkdaşlıq edə bilərlər. 
MOK-un Baş katibi Azər Əliyev onu da qeyd edib ki, dövlət başçısı İlham Əliyev ölkədə idmanın inkişafına şəxsən böyük diqqət ayırır: "Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idman növlərinə və bədən tərbiyəsinə diqqət və qayğı göstərir. Məhz bu səbəbdən idmançılarımız beynəlxalq yarışlarda uğur qazanırlar".
Səmimi görüşə görə minnətdarlıq edən Malayziya Olimpiya Şurasının prezidenti qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşqlərlə bağlı təklifi yüksək qiymətləndirib. Məhəmməd Norza Zəkəriyyə bildirib ki, bu günədək Olimpiadada qızıl medal qazanmayan Malayziya Azərbaycanla təcrübə mübadiləsi aparmaqda maraqlıdır.
Görüşdə Azərbaycan və Malayziya Olimpiya komitələri arasında əməkdaşlıq haqqında sənəd imzalanmasına dair də fikir mübadiləsi aparılıb. 
Sonda hər iki Milli Olimpiya Komitəsinin xüsusi hədiyyələri təqdim olunub. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video