22 Noyabr 2022 11:38
969
Səhiyyə
A- A+

Bronxial astmanın əlamətləri və yaranma səbəbləri

 

Kəskin boğulmalar, nəfəsalma və nəfəsvermədə çətinlik, xırıltılı səs müasir dövrdə yaş və cinsə fərq qoymayan bronxial astmanın əsas əlamətləri sayılır.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Zakir Quliyev xəstəlik barədə danışarkən deyib: “Əsas əlamətlər boğulma, tənəffüs çatışmazlığı, öskürək, xəstələrin əl və ayaqlarında rəngin solğunlaşmasıdır. Xəstələrin əsas şikayətləri hər hansı bir qıcıqlandırıcı faktorlar, hərəkət edərkən və yaxud çox əsəbiləşəndə, çox danışanda, çox güləndə, yüksək səslə danışanda nəfəs darlığının artması və öskürək ataklarının olmasıdır. Bu zaman ən əhəmiyyətli müayinə xəstənin ağciyərlərinin qulaq asaraq müayinə etmək lazımdır. Müayinə zamanı şübhəli hər hansı bir tənəffüs səsi eşidilərsə, bu zaman spirometriya deyilən tənəffüs testi aparılmalıdır”.

Mütəxəssislər bildirilər k, bronxial astmada irsi meyllik böyük rol oynayır. Lakin xəstəliyin sonradan yaranması da mümkündür. “Burada ən əhəmiyyətli meyarlar siqaret, tüstü, keçirilmiş ağciyər infeksiyaları faktorudur. Xüsusən də yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra xəstələrdə bronxial astmanın sayının artması müşahidə edilir. İnfeksiyalardan sonra ikincili olaraq bronxial astmanın meydana çıxması mümkündür”,- deyə həkim-terapevt bildirib.

Vaxtında edilən düzgün müalicə bronxial astmanın yaranma ehtimalını xeyli azaldır. İdman məşğələləri, dəniz kənarında gəzinti, normal həyat tərzi xəstəliyin profilaktikasında əsas yer tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video